https://sputnik.az/20220911/piyada-gezmek-depressiya-ile-mubarize-aparmaga-komek-edir-445914575.html
Piyada gəzmək depressiya ilə mübarizə aparmağa kömək edir
Piyada gəzmək depressiya ilə mübarizə aparmağa kömək edir
Sputnik Azərbaycan
İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. 11.09.2022, Sputnik Azərbaycan
2022-09-11T10:00+0400
2022-09-11T10:00+0400
2022-09-11T10:00+0400
səhiyyə
piyada
depressiya
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425443764_0:120:3080:1853_1920x0_80_0_0_42ae9285bc339bc6cf05390e94cf43b4.jpg
BAKI, 11 sentyabr - Sputnik. Həkimlərin fikrinə görə, hipodinamiya yəni hərəkətsizlik müasir insanların ən böyük bəlasıdır. Məhz hipodinamiya bir çox xəstəliklərin inkişafına təkan verir. Azhərəkətli insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranır.Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun sosial şəbəkədəki rəsmi səhifəsində bildirilir ki, azhərəkətlilik müxtəlif xəstəliklərin inkişafını sürətləndirir və piylənməyə gətirib çıxarır.İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb edir və bununla yanaşı insan sağlamlığına çox böyük xeyir gətirir.Yerimə qaçışla müqayisədə onurğanı, oynaqları daha az yükləyir. Eyni zamanda sümükləri möhkəmləndirir, osteoporozun yəni yaşlı insanlarda sümüklərin kövrək olması probleminin inkişafının qarşısını alır.Müalicəvi yerimə ürək-damar, tənəffüs sisteminə çox müsbət təsir edir, infarkt və insult kimi ağır pozulmaların riskini azaldır, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir. Eyni zamanda, piyada gəzintilər insanın əhvalını yaxşılaşdırır, stres və depressiya ilə mübarizə aparmağa kömək edir.
https://sputnik.az/20220910/xerceng-xesteliyinin-qarsisini-alan-erzaqlar-445914450.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0b/425443764_349:0:3080:2048_1920x0_80_0_0_d3496adff68e646deef4f6b30721acdf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
piyada, depressiya
Piyada gəzmək depressiya ilə mübarizə aparmağa kömək edir
İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir.
BAKI, 11 sentyabr - Sputnik. Həkimlərin fikrinə görə, hipodinamiya yəni hərəkətsizlik müasir insanların ən böyük bəlasıdır. Məhz hipodinamiya bir çox xəstəliklərin inkişafına təkan verir. Azhərəkətli insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranır.
Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun sosial şəbəkədəki rəsmi səhifəsində bildirilir ki, azhərəkətlilik müxtəlif xəstəliklərin inkişafını sürətləndirir və piylənməyə gətirib çıxarır.
İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb edir və bununla yanaşı insan sağlamlığına çox böyük xeyir gətirir.
Yerimə qaçışla müqayisədə onurğanı, oynaqları daha az yükləyir. Eyni zamanda sümükləri möhkəmləndirir, osteoporozun yəni yaşlı insanlarda sümüklərin kövrək olması probleminin inkişafının qarşısını alır.
Müalicəvi yerimə ürək-damar, tənəffüs sisteminə çox müsbət təsir edir, infarkt və insult kimi ağır pozulmaların riskini azaldır, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir. Eyni zamanda, piyada gəzintilər insanın əhvalını yaxşılaşdırır, stres və depressiya ilə mübarizə aparmağa kömək edir.