DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İndoneziyadakı mağarada ən qədim cərrahi əməliyyata dair sübutlar aşkar edilib

Mağara, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.09.2022
Abunə olmaq
Doktor Meloni bildirib ki, qan itkisi və ağrı şokuna nəzarət, eləcə də bəzi antiseptik və antimikrob prosedurlar haqqında anlayışın mövcudluğunu dəstəkləyən ağlabatan arqumentlər var.
BAKI, 11 sentyabr — Sputnik. Alimlər İndoneziyada bir mağarada cərrahi amputasiyanın ən qədim sübutu olan 31 min illik skelet aşkar ediblər. Bu barədə "Nature" jurnalında çərşənbə günü dərc olunan araşdırmada qeyd olunur.
Nəşrin məlumatına görə, skeletdə sol daban və sol ayağın bir hissəsi yoxdur. Avstraliya Qriffit Universitetinin arxeoloqu Tim Meloni bu kəşfin nə üçün son dərəcə vacib olduğunu açıqlayıb.
"Bu, insan növünün fövqəladə intellektindən və uyğunlaşma qabiliyyətindən xəbər verir. 31 min il əvvəl Borneonun tropik meşələrində yaşayan insanlar belə mürəkkəb proseduru həyata keçirə biliblər", - deyə alim izah edib.
Doktor Meloni, həmçinin, hesab edir ki, "cərrah" əməliyyatdan sonrakı fəsadlar məsələsini yaxşı bilib.
"Qan itkisi və ağrı şokuna nəzarət, eləcə də bəzi antiseptik və antimikrob prosedurlar haqqında anlayışın (əməliyyatı icra edən şəxs tərəfindən tərəfindən) mövcudluğunu dəstəkləyən ağlabatan arqumentlər var", – deyə arxeoloq sözünə davam edib.
Kəşf cərrahiyyə praktikasının yalnız son 10.000 ildə əkinçilik icmalarının meydana çıxması ilə müvəffəqiyyət qazandığına dair ümumi nəzəriyyəni şübhə altına alır.
Əvvəllər tədqiqatçılar sol qolu amputasiya edilmiş 7000 yaşlı fransızın skelet qalıqlarından əldə edilən məlumatlara istinad edirdilər.
Xəbər lenti
0