https://sputnik.az/20220911/lavrov-viza-ucun-hele-cox-var-445917077.html
Lavrov ABŞ-a öhdəliyini xatırlatdı
Lavrov ABŞ-a öhdəliyini xatırlatdı
Sputnik Azərbaycan
BMT-nin Yüksək Səviyyəli Həftəsi sentyabrın 20-dən 26-dək keçiriləcək və bütün nümayəndə heyətlərinin tam tərkibdə iştirakını nəzərdə tutur. 11.09.2022, Sputnik Azərbaycan
2022-09-11T11:15+0400
2022-09-11T11:15+0400
2022-09-11T11:25+0400
rusiya xin rəhbəri sergey lavrov
sergey lavrov
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445299375_0:0:2917:1640_1920x0_80_0_0_540215080e6b1b105a4c6a15b34248cc.jpg
BAKI, 11 sentyabr - Sputnik. Amerika Birləşmiş Ştatları və BMT-nin Baş katibi Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında bütün nümayəndə heyətlərinin iştirakını təmin etməlidir. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.Nazir xüsusilə, ABŞ-ın bütün iştirakçılara viza vermək öhdəliyini xatırladıb."Hələ vaxt var. Mən həmkarlarımdan xahiş etdim ki, bunu ABŞ-a bir daha xatırlatsınlar. Amerikalıların öz öhdəlikləri var, BMT Baş katibi bütün nümayəndə heyətlərinin təşkilatın, o cümlədən Baş Assambleyanın fəaliyyətində iştirakını təmin etmək öhdəliyinə malikdir", - deyə XİN rəhbəri bildirib.BMT-nin Yüksək Səviyyəli Həftəsi sentyabrın 20-dən 26-dək keçiriləcək və bütün nümayəndə heyətlərinin tam tərkibdə iştirakını nəzərdə tutur. Sentyabrın 1-nə qədər Rusiyanın Baş Assambleyadakı nümayəndə heyətinin 56 üzvündən heç biri ABŞ-a viza almayıb. Oxşar vəziyyət onu müşayiət edən jurnalistlər və nazirin təyyarəsinin ekipaj üzvləri ilə bağlı da yaranıb.Xüsusən də xarici işlər naziri Sergey Lavrov və daxili işlər naziri Vladimir Kolokoltsev viza almayıblar. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bunu Vaşinqton tərəfindən beynəlxalq öhdəliklərin növbəti kobud şəkildə pozulması adlandırıb.Sentyabrın 3-də o, dünya təşkilatının baş katibi Antonio Quterreşdən ABŞ-ı Rusiya nümayəndə heyətinə, eləcə də səfəri işıqlandırmaq üçün Nyu-Yorkda qalmaq istəyən jurnalistlərə viza verməyə təşviq etməyi xahiş edib.Quterreş rusiyalı diplomatlara viza verilməsini istəyib. Onun sözçüsü Stefan Düjarrikin sözlərinə görə, görüşə ev sahibliyi edən ABŞ nümayəndələri ilə Rusiya diplomatlarına vizaların verilməsi əvvəllər də dəfələrlə müzakirə olunub.Baş katib hesab edir ki, Rusiya nümayəndə heyətinə və BMT-də işi olan digər nümayəndə heyətlərinə, xüsusən Baş Assambleya zamanı viza verilməlidir.Fevral ayında ABŞ Sergey Lavrova qarşı sanksiyalar tətbiq edərək, onun ölkəyə girişinə qadağa qoyub. Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin Lavrovun BMT Baş Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.Rusiya XİN rəhbəri avqustun 5-də BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-ın təşkilatın mənzil-qərargahının yerləşdiyi ölkə kimi öz vəzifələrinə laqeyd yanaşması ilə bağlı məktub göndərdiyini bildirib.Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiqləmişdi.Həmin vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağlayıb.Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
https://sputnik.az/20220818/lavrov-abs-a-sefer-ede-bilecek-445149701.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445299375_76:0:2807:2048_1920x0_80_0_0_b00df38705ecb6f76ea2167d74f7a2c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov
Lavrov ABŞ-a öhdəliyini xatırlatdı
11:15 11.09.2022 (Yenilənib: 11:25 11.09.2022) BMT-nin Yüksək Səviyyəli Həftəsi sentyabrın 20-dən 26-dək keçiriləcək və bütün nümayəndə heyətlərinin tam tərkibdə iştirakını nəzərdə tutur.
BAKI, 11 sentyabr - Sputnik. Amerika Birləşmiş Ştatları və BMT-nin Baş katibi Antonio Quterreş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında bütün nümayəndə heyətlərinin iştirakını təmin etməlidir. Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir xüsusilə, ABŞ-ın bütün iştirakçılara viza vermək öhdəliyini xatırladıb.
"Hələ vaxt var. Mən həmkarlarımdan xahiş etdim ki, bunu ABŞ-a bir daha xatırlatsınlar. Amerikalıların öz öhdəlikləri var, BMT Baş katibi bütün nümayəndə heyətlərinin təşkilatın, o cümlədən Baş Assambleyanın fəaliyyətində iştirakını təmin etmək öhdəliyinə malikdir", - deyə XİN rəhbəri bildirib.
BMT-nin Yüksək Səviyyəli Həftəsi sentyabrın 20-dən 26-dək keçiriləcək və bütün nümayəndə heyətlərinin tam tərkibdə iştirakını nəzərdə tutur. Sentyabrın 1-nə qədər Rusiyanın Baş Assambleyadakı nümayəndə heyətinin 56 üzvündən heç biri ABŞ-a viza almayıb. Oxşar vəziyyət onu müşayiət edən jurnalistlər və nazirin təyyarəsinin ekipaj üzvləri ilə bağlı da yaranıb.
Xüsusən də xarici işlər naziri Sergey Lavrov və daxili işlər naziri Vladimir Kolokoltsev viza almayıblar. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bunu Vaşinqton tərəfindən beynəlxalq öhdəliklərin növbəti kobud şəkildə pozulması adlandırıb.
Sentyabrın 3-də o, dünya təşkilatının baş katibi Antonio Quterreşdən ABŞ-ı Rusiya nümayəndə heyətinə, eləcə də səfəri işıqlandırmaq üçün Nyu-Yorkda qalmaq istəyən jurnalistlərə viza verməyə təşviq etməyi xahiş edib.
Quterreş rusiyalı diplomatlara viza verilməsini istəyib. Onun sözçüsü Stefan Düjarrikin sözlərinə görə, görüşə ev sahibliyi edən ABŞ nümayəndələri ilə Rusiya diplomatlarına vizaların verilməsi əvvəllər də dəfələrlə müzakirə olunub.
Baş katib hesab edir ki, Rusiya nümayəndə heyətinə və BMT-də işi olan digər nümayəndə heyətlərinə, xüsusən Baş Assambleya zamanı viza verilməlidir.
Fevral ayında ABŞ Sergey Lavrova qarşı sanksiyalar tətbiq edərək, onun ölkəyə girişinə qadağa qoyub. Avqustun 8-də Rusiya Prezidenti Vladimir Putin Lavrovun BMT Baş Assambleyasında Rusiya nümayəndə heyətinin rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.
Rusiya XİN rəhbəri avqustun 5-də BMT-nin baş katibi Antonio Quterreşə ABŞ-ın təşkilatın mənzil-qərargahının yerləşdiyi ölkə kimi öz vəzifələrinə laqeyd yanaşması ilə bağlı məktub göndərdiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiqləmişdi.
Həmin vaxt Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağlayıb.
Qeyd edək ki, Ukraynada xüsusi əməliyyat keçirməsinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.