https://sputnik.az/20220911/kecmis-xn-rehberi-rusiya-a-munasibetlerinin-normallamasindan-danisdi-445918161.html
Keçmiş XİN rəhbəri Rusiya-Aİ münasibətlərinin normallamasından danışdı
Keçmiş XİN rəhbəri Rusiya-Aİ münasibətlərinin normallamasından danışdı
Sputnik Azərbaycan
Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri qeyd edib ki, hazırda tərəflər arasında normal fikir mübadiləsi və söhbətin aparılmasında problemlər... 11.09.2022, Sputnik Azərbaycan
2022-09-11T13:02+0400
2022-09-11T13:02+0400
2022-09-11T13:02+0400
avstriya
dünya xəbərləri
xin
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0b/445918006_0:0:3073:1728_1920x0_80_0_0_70aef69c005d8bf7a0e8ab2d32518184.jpg
BAKI, 11 sentyabr - Sputnik. Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiya ilə Avropa İttifaqının gələcəkdə əməkdaşlıq qura biləcəyini istisna etməyib. Bu barədə Rusiya mediası məlumat yayıb.Onun sözlərinə görə, bu, yalnız tərəflər arasında etimadın bərpasından sonra mümkündür.“İlk növbədə münasibətləri normallaşdırmaq üçün yenidən inam yaratmaq lazımdır. Bu qədər "qab" sındırılıb, bu qədər etibar məhv edilib”, - Knaysl bildirib.Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri qeyd edib ki, hazırda tərəflər arasında normal fikir mübadiləsi və söhbətin aparılmasında problemlər mövcuddur. Knaysl həmçinin əlavə edib ki, diplomatiya bir sənət kimi “yoxa çıxardılıb”.Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatına başlaması ilə ciddi şəkildə pisləşib. Aİ Qərbin Moskvaya qarşı sanksiyalarını dəstəkləyib və Ukraynaya hərbi, maliyyə və siyasi yardım göstərməyə başlayıb. Eyni zamanda, Şərqi Avropa davamlı olaraq təzyiqlərin artırılmasının tərəfdarıdır, o cümlədən Rusiyanın enerji resurslarından tamamilə imtina etməyə və rusiyalılar üçün viza qadağasına çağırışlar edilir.Bundan əvvəl Knaysl bildirmişdi ki, Avropada elektrik enerjisi sənayesində böhran ötən ildən başlayıb və bunu Aİ siyasətçiləri özləri təhrik ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0b/445918006_0:0:2731:2048_1920x0_80_0_0_54cfaaeb931fb4c8564c4f36e4228952.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avstriya, xin
Keçmiş XİN rəhbəri Rusiya-Aİ münasibətlərinin normallamasından danışdı
Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri qeyd edib ki, hazırda tərəflər arasında normal fikir mübadiləsi və söhbətin aparılmasında problemlər mövcuddur.
BAKI, 11 sentyabr - Sputnik. Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiya ilə Avropa İttifaqının gələcəkdə əməkdaşlıq qura biləcəyini istisna etməyib. Bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, bu, yalnız tərəflər arasında etimadın bərpasından sonra mümkündür.
“İlk növbədə münasibətləri normallaşdırmaq üçün yenidən inam yaratmaq lazımdır. Bu qədər "qab" sındırılıb, bu qədər etibar məhv edilib”, - Knaysl bildirib.
Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri qeyd edib ki, hazırda tərəflər arasında normal fikir mübadiləsi və söhbətin aparılmasında problemlər mövcuddur. Knaysl həmçinin əlavə edib ki, diplomatiya bir sənət kimi “yoxa çıxardılıb”.
Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər Rusiyanın Ukraynada hərbi xüsusi əməliyyatına başlaması ilə ciddi şəkildə pisləşib. Aİ Qərbin Moskvaya qarşı sanksiyalarını dəstəkləyib və Ukraynaya hərbi, maliyyə və siyasi yardım göstərməyə başlayıb. Eyni zamanda, Şərqi Avropa davamlı olaraq təzyiqlərin artırılmasının tərəfdarıdır, o cümlədən Rusiyanın enerji resurslarından tamamilə imtina etməyə və rusiyalılar üçün viza qadağasına çağırışlar edilir.
Bundan əvvəl Knaysl bildirmişdi ki, Avropada elektrik enerjisi sənayesində böhran ötən ildən başlayıb və bunu Aİ siyasətçiləri özləri təhrik ediblər.