https://sputnik.az/20220911/azerbaycanda-pambiq-yigimi-baslayir---fermerler-elave-gelir-elde-edecekler-445818045.html
Azərbaycanda pambıq yığımı - Fermerlər əlavə gəlir əldə edəcəklər
Azərbaycanda pambıq yığımı - Fermerlər əlavə gəlir əldə edəcəklər
Sputnik Azərbaycan
Yaxın günlərdə respublikada pambıq yığımına start veriləcək. Fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə pambığın alış qiyməti cari ildə ikinci... 11.09.2022, Sputnik Azərbaycan
2022-09-11T10:27+0400
2022-09-11T10:27+0400
2022-09-10T23:38+0400
iqtisadiyyat
pambıq
fermer
yığım
gəlir
manat
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/17/436590641_0:256:2730:1792_1920x0_80_0_0_34d86b969bb88eaa62b2a99884c696df.jpg
BAKI, 8 sentyabr — Sputnik. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 AZN qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manatdan çox əlavə gəlir əldə etməsinə imkan verəcək.Bunu Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq" mövzusunda keçirilən regional müşavirədə deyib.O bildirilib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icrasının təmin olunması üçün aidiyyəti üzrə təqdim olunub:Qeyd edək ki, yaxın günlərdə respublikada pambıq yığımına start veriləcək. Artıq sahələrdə son aqrotexniki tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına hazırlıq prosesini dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələrə start verib. "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq" mövzusunda ilk regional müşavirə Sabirabad rayonunda baş tutub.Xatırladaq ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdilər.Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.Fermerlərə 170 manat məhsul subsidiyası veriləcəkPambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib.Dünyada pambığın qiyməti ucuzlaşıbBu ilin iyul ayında pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ay ilə müqayisədə 15% azalaraq 2.89 ABŞ dolları olub.Cari ildə ən yüksək artım may ayında qeydə alınıb (1 kq - 3.61 dollar). Pambığın dünya bazar qiymətindəki ümumi artım tendensiyası 2022-ci ilin iyun ayından etibarən azalma ilə əvəz edilib. Belə ki, cari ilin ikinci rübündə pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki rübə nisbətən 15.23% artaraq 3.48 ABŞ dolları olub.Qeyd edək ki, 2020-ci ildə pambığın dünya bazar qiymətində 2019-cu ilə nisbətən azalma müşahidə olunsa da, 2021-ci ildə yenidən artıb.Azərbaycanda 2021-ci ildə pambığın əkin sahəsi 100.6 min hektar olub. Əkin sahəsi 2015-ci ilə nisbətən 5.4 dəfə, 2020-ci ilə nisbətən isə 0.3% artıb. 2021-ci ildə pambıq istehsalı 2015-ci ilə nisbətən 8.1 dəfə artıb, 2020-ci ilə nisbətən isə 14.9% azalaraq 286.7 min ton olub.Onu da qeyd edək ki, pambığın məhsuldarlığı 2021-ci ildə 28.5 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1.5 dəfə artıb, 2020-ci ilə nisbətən isə 15.2% azalıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/17/436590641_0:0:2730:2048_1920x0_80_0_0_3e236742083a76970e2e1a0a103aa7e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pambıq, fermer, yığım, gəlir, manat
pambıq, fermer, yığım, gəlir, manat
Azərbaycanda pambıq yığımı - Fermerlər əlavə gəlir əldə edəcəklər
Yaxın günlərdə respublikada pambıq yığımına start veriləcək. Fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə pambığın alış qiyməti cari ildə ikinci dəfə artırılıb.
BAKI, 8 sentyabr — Sputnik. Xam pambığın alış qiymətinin hər tona görə əlavə 100 AZN qaldırılması cari ildə pambıq istehsalı ilə məşğul olan fermerlərin 30 milyon manatdan çox əlavə gəlir əldə etməsinə imkan verəcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq" mövzusunda keçirilən regional müşavirədə deyib.
O bildirilib ki, bu il Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bütün istehsal prosesini əhatə edən kompleks Tədbirlər Planı hazırlanıb, nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icraçıları və dəqiq müddətləri müəyyən edilib, icrasının təmin olunması üçün aidiyyəti üzrə təqdim olunub:
"Fermerlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə məhsul yığımı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyində pambıqçılıq şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər zamanı xam pambığın alış qiyməti cari ildə ikinci dəfə artırılıb. Bu il xam pambığın hər tonuna görə 1-ci növ üçün 800 AZN, 2-ci növ üçün 780 AZN, 3-cü növ üçün 740 AZN, 4-cü növ üçün 700 AZN müəyyən edilib".
Qeyd edək ki, yaxın günlərdə respublikada pambıq yığımına start veriləcək. Artıq sahələrdə son aqrotexniki tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımına hazırlıq prosesini dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələrə start verib. "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq" mövzusunda ilk regional müşavirə Sabirabad rayonunda baş tutub.
Xatırladaq ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdilər.
Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.
Fermerlərə 170 manat məhsul subsidiyası veriləcək
Pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.
Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib.
Dünyada pambığın qiyməti ucuzlaşıb
Bu ilin iyul ayında pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki ay ilə müqayisədə 15% azalaraq 2.89 ABŞ dolları olub.
Cari ildə ən yüksək artım may ayında qeydə alınıb (1 kq - 3.61 dollar). Pambığın dünya bazar qiymətindəki ümumi artım tendensiyası 2022-ci ilin iyun ayından etibarən azalma ilə əvəz edilib. Belə ki, cari ilin ikinci rübündə pambığın 1 kiloqramının dünya bazar qiyməti əvvəlki rübə nisbətən 15.23% artaraq 3.48 ABŞ dolları olub.
Qeyd edək ki, 2020-ci ildə pambığın dünya bazar qiymətində 2019-cu ilə nisbətən azalma müşahidə olunsa da, 2021-ci ildə yenidən artıb.
Azərbaycanda 2021-ci ildə pambığın əkin sahəsi 100.6 min hektar olub. Əkin sahəsi 2015-ci ilə nisbətən 5.4 dəfə, 2020-ci ilə nisbətən isə 0.3% artıb. 2021-ci ildə pambıq istehsalı 2015-ci ilə nisbətən 8.1 dəfə artıb, 2020-ci ilə nisbətən isə 14.9% azalaraq 286.7 min ton olub.
Onu da qeyd edək ki, pambığın məhsuldarlığı 2021-ci ildə 28.5 sent/ha olub. Məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1.5 dəfə artıb, 2020-ci ilə nisbətən isə 15.2% azalıb.