https://sputnik.az/20220911/abs-ixracatcilari-a-nin-qerarina-qarsi-cixdi-445920456.html
ABŞ ixracatçıları Aİ-nin qərarına qarşı çıxdı
ABŞ ixracatçıları Aİ-nin qərarına qarşı çıxdı
Sputnik Azərbaycan
ABŞ ümid edir ki, Aİ ölkələri hələ də məhdudiyyətlərə aid olan bu cür yanaşmadan qaçacaqlar. 11.09.2022, Sputnik Azərbaycan
2022-09-11T16:59+0400
2022-09-11T16:59+0400
2022-09-11T16:59+0400
ai
dünya xəbərləri
abş
avropa
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440448404_0:0:3042:1711_1920x0_80_0_0_dafd605e2540fb65ecb8d29049d3b925.jpg
BAKI, 11 sentyabr - Sputnik. ABŞ ixracatçıları Avropa İttifaqının (Aİ) təklif etdiyi qazın qiymətinə qoyulan məhdudiyyətlərə qarşı çıxmaq qərarına gəliblər. Bu barədə "Bloomberg" agentliyi Vaşinqtonda yerləşən Mayeləşdirilmiş Təbii Qaz Mərkəzinin icraçı direktoru Çarli Ridlin bəyanatına istinadən xəbər verir.Ridl bildirib ki, qiymətin məhdudlaşdırılması tədbirləri istər-istəməz enerji bazarlarını pozur və zəiflədir, gözlənilməz nəticələr yaradır.Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Avropa ölkələrinin üzləşməli olduğu problemlərdən yaxşı xəbərdardır. Bununla belə, ABŞ ümid edir ki, Aİ ölkələri hələ də məhdudiyyətlərə aid olan bu cür yanaşmadan qaçacaqlar."Citigroup"un Əmtəə Analitikasının rəhbəri Edvard Morse sentyabrın 10-da Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda çıxışı zamanı deyib ki, ABŞ və Avropanın Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq cəhdləri Avropa İttifaqında enerji böhranını daha da gücləndirə bilər. Onun sözlərinə görə, enerji hasilatı baxımından Avropa üçün bu il qış çox pis olacaq və vəziyyətdən narazı olanlar artacaq.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/19/440448404_311:0:3042:2048_1920x0_80_0_0_33d470a115ad77a05556cd536507cfec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, abş, avropa
ABŞ ixracatçıları Aİ-nin qərarına qarşı çıxdı
ABŞ ümid edir ki, Aİ ölkələri hələ də məhdudiyyətlərə aid olan bu cür yanaşmadan qaçacaqlar.
BAKI, 11 sentyabr - Sputnik. ABŞ ixracatçıları Avropa İttifaqının (Aİ) təklif etdiyi qazın qiymətinə qoyulan məhdudiyyətlərə qarşı çıxmaq qərarına gəliblər. Bu barədə "Bloomberg" agentliyi Vaşinqtonda yerləşən Mayeləşdirilmiş Təbii Qaz Mərkəzinin icraçı direktoru Çarli Ridlin bəyanatına istinadən xəbər verir.
Ridl bildirib ki, qiymətin məhdudlaşdırılması tədbirləri istər-istəməz enerji bazarlarını pozur və zəiflədir, gözlənilməz nəticələr yaradır.
Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ Avropa ölkələrinin üzləşməli olduğu problemlərdən yaxşı xəbərdardır. Bununla belə, ABŞ ümid edir ki, Aİ ölkələri hələ də məhdudiyyətlərə aid olan bu cür yanaşmadan qaçacaqlar.
"Citigroup"un Əmtəə Analitikasının rəhbəri Edvard Morse sentyabrın 10-da Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda çıxışı zamanı deyib ki, ABŞ və Avropanın Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq cəhdləri Avropa İttifaqında enerji böhranını daha da gücləndirə bilər. Onun sözlərinə görə, enerji hasilatı baxımından Avropa üçün bu il qış çox pis olacaq və vəziyyətdən narazı olanlar artacaq.