Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyadan Azərbaycana ördək əti gətirilib

© pixabay / RitaEördək
ördək  - Sputnik Azərbaycan, 1920, 10.09.2022
Abunə olmaq
Novosibirskdən Azərbaycana göndərilən məhsul Rusiyanın Heyvanların Sağlamlığının Mühafizəsi Agentliyinin laboratoriyalarında nəzarətdən keçib.
BAKI, 10 sentyabr — Sputnik. Rusiyanın Novosibirsk vilayətindən Azərbaycana 5 tona yaxın ördək əti ixrac edilib. Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Bildirilir ki, Novosibirskdən Azərbaycana göndərilən məhsul Rusiya Federal Heyvanların Sağlamlığının Mühafizəsi Agentliyinin laboratoriyalarında nəzarətdən keçib və Azərbaycanın baytarlıq tələblərinə tam uyğundur.
Məhsul sentyabr ayında avtomobil nəqliyyatı vasitəsilə Azərbaycana yola salınıb.
Xatırladaq ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 872 milyon 764 min dollar təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 20,9% çoxdur.
Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 1 milyard 400 milyon 423 min dollar (artım 31,8%) təşkil edib.
Xəbər lenti
0