Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

MİQ üzrə müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilib

© AR Ministry of Education Müəllimlərin işə qəbulu
Müəllimlərin işə qəbulu - Sputnik Azərbaycan, 1920, 10.09.2022
Abunə olmaq
Vakansiya seçimi etdikdən sonra elektron ərizəni təsdiqləmək lazımdır.
BAKI, 10 sentyabr — Sputnik. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.
Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, vakansiya seçimlərinə bu gün saat 11:00-da start verilib və proses 12 sentyabr saat 11:00-da başa çatacaq.
Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.
Qeyd edək ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Vakansiya seçimi etdikdən sonra elektron ərizəni təsdiqləmək lazımdır.
Müəllimlərin imtahanı - Sputnik Azərbaycan, 1920, 09.09.2022
TƏHSİL
MİQ-dən keçən müəllimlər də sertifikasiyaya cəlb olunacaqlar
Xəbər lenti
0