https://sputnik.az/20220910/caylarda-suyun-seviyyesi-necedir-445903580.html
Çaylarda suyun səviyyəsi necədir?
Çaylarda suyun səviyyəsi necədir?
Sputnik Azərbaycan
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 19 santimetr azalma müşahidə olunub 10.09.2022, Sputnik Azərbaycan
2022-09-10T19:23+0400
2022-09-10T19:23+0400
2022-09-10T19:40+0400
çay
cəmiyyət
gursululuq
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425810945_0:139:1340:893_1920x0_80_0_0_ae9f5d468191caadfbdd1fc174f32400.jpg
BAKI, 10 sentyabr - Sputnik. Sentyabrın 10-da Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsi 3, Lənkərançayın Sifidor məntəqəsində 1 santimetr artıb. Viləşçayın Şıxlar, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad, Şəmkirçayın Qalakənd məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Zəyəmçayın Ağbaşlar və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsi 1 santimetr azalıb, Qusarçayın Kuzun məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 147 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normadan 20 faiz çoxdur. Hazırda sululuq keçən il ilə müqayisədə 1,4 dəfə çoxdur.Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 19 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 41,5 kubmetr təşkil edir. Bu da ongünlük normadan 43 faiz azdır. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 408 santimetr, su sərfi isə saniyədə 163 kubmetr təşkil edib, Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr artaraq 197 santimetr olub, Bankə məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 111 santimetrə, su sərfi isə 42,4 kubmetr/saniyəyə bərabər olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/18/425810945_123:0:1314:893_1920x0_80_0_0_205c74d4fb13cd83f008fe5dc01157ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
çay, gursululuq
Çaylarda suyun səviyyəsi necədir?
19:23 10.09.2022 (Yenilənib: 19:40 10.09.2022) Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 19 santimetr azalma müşahidə olunub
BAKI, 10 sentyabr - Sputnik. Sentyabrın 10-da Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayın Vaqo məntəqəsində suyun səviyyəsi 3, Lənkərançayın Sifidor məntəqəsində 1 santimetr artıb. Viləşçayın Şıxlar, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Kürəkçayın Çaykənd, Gəncəçayın Zurnabad, Şəmkirçayın Qalakənd məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Zəyəmçayın Ağbaşlar və Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqələrində suyun səviyyəsi 1 santimetr azalıb, Qusarçayın Kuzun məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 147 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normadan 20 faiz çoxdur. Hazırda sululuq keçən il ilə müqayisədə 1,4 dəfə çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 19 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 41,5 kubmetr təşkil edir. Bu da ongünlük normadan 43 faiz azdır. Hazırda sululuq keçən il ilə müqayisədə 8 faiz azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyərək 408 santimetr, su sərfi isə saniyədə 163 kubmetr təşkil edib, Şirvan məntəqəsində suyun səviyyəsi 6 santimetr artaraq 197 santimetr olub, Bankə məntəqəsində suyun səviyyəsi 4 santimetr artaraq 111 santimetrə, su sərfi isə 42,4 kubmetr/saniyəyə bərabər olub.