https://sputnik.az/20220910/bakida-54-yasli-kisi-16-yasli-qonsusunu-iple-bogaraq-oldurub-445898265.html
Bakıda 54 yaşlı kişi 16 yaşlı qonşusunu iplə boğaraq öldürüb
Bakıda 54 yaşlı kişi 16 yaşlı qonşusunu iplə boğaraq öldürüb
Sputnik Azərbaycan
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb. 10.09.2022, Sputnik Azərbaycan
2022-09-10T13:48+0400
2022-09-10T13:48+0400
2022-09-10T13:48+0400
qətl
hadisə
bilgəh
https://cdnn1.img.sputnik.az/img/42366/60/423666017_0:201:1920:1281_1920x0_80_0_0_34f80ce09731928d8c97bdd00c63b93b.jpg
BAKI, 10 sentyabr — Sputnik. Bakıda 16 yaşlı yeniyetmənin qətlinin bəzi təfərrüatları məlum olub.APA-nın əldə etdiyi xəbərə görə, qətl Bilgəh qəsəbəsində qeydə alınıb.Belə ki, qəsəbə sakini Bikəxanım Şeydabəyova onunla eyni evdə yaşayan oğlu 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində 16 yaşlı yeniyetmənin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.Araşdırmalarla məlum olub ki, Hüseynağa Şeydabəyov qonşusu Babək Quliyev tərəfindən qətlə yetirilib. Buna səbəb isə 16 yaşlı yeniyetmənin qonşusu Babək Quliyevin qızına sataşması olub. Buna görə qəzəblənən Babək Quliyev 16 yaşlı yeniyetməni evinə salaraq döyüb, ona ağır xəsarətlər yetirib. Hirsi soyumayan Babək Quliyev Hüseynağa Şeydabəyovu iplə boğaraq qətlə yetirib. Daha sonra Babək Quliyev Hüseynağa Şeydabəyovun meyitini həyətində gizlədib.Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.
bilgəh
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42366/60/423666017_0:0:1708:1281_1920x0_80_0_0_b94f40b4a8558e56ee538b7d43f6745c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, bilgəh
Bakıda 54 yaşlı kişi 16 yaşlı qonşusunu iplə boğaraq öldürüb
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.
BAKI, 10 sentyabr — Sputnik. Bakıda 16 yaşlı yeniyetmənin qətlinin bəzi təfərrüatları məlum olub.
APA-nın əldə etdiyi xəbərə görə, qətl Bilgəh qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini Bikəxanım Şeydabəyova onunla eyni evdə yaşayan oğlu 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı polisə müraciət edib. Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində 16 yaşlı yeniyetmənin itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Araşdırmalarla məlum olub ki, Hüseynağa Şeydabəyov qonşusu Babək Quliyev tərəfindən qətlə yetirilib. Buna səbəb isə 16 yaşlı yeniyetmənin qonşusu Babək Quliyevin qızına sataşması olub. Buna görə qəzəblənən Babək Quliyev 16 yaşlı yeniyetməni evinə salaraq döyüb, ona ağır xəsarətlər yetirib. Hirsi soyumayan Babək Quliyev Hüseynağa Şeydabəyovu iplə boğaraq qətlə yetirib. Daha sonra Babək Quliyev Hüseynağa Şeydabəyovun meyitini həyətində gizlədib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb və Babək Quliyev saxlanılıb.