Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Turaz Qartalı - 2022" başa çatdı

© AR Ministry of Defence“TurAz Qartalı - 2022” təlimində bir sıra tapşırıqlar icra olunub
“TurAz Qartalı - 2022” təlimində bir sıra tapşırıqlar icra olunub - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılmasına dair tapşırıqlar yerinə yetirilib.
BAKI, 9 sentyabr - Sputnik. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Müdafiə nazirliyindən xəbər verilib.
Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən hərbi pilotlarımız qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər.
Təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub.
Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Qeyd edək ki, sentyabrın 5-dən başlanan təlimdə Türkiyə və Azərbaycanın Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetirilib.
Xəbər lenti
0