https://sputnik.az/20220909/ses-kuylu-qanun-layihesi-sual-doguran-teleblere-deputatlarin-cavabi-445845819.html
Səs-küylü qanun layihəsi: sual doğuran tələblərə deputatların cavabı
Səs-küylü qanun layihəsi: sual doğuran tələblərə deputatların cavabı
Sputnik Azərbaycan
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri bildirir ki, bu ilkin variant olduğu üçün onun üzərində işləmək lazımdır. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T09:38+0400
2022-09-09T09:38+0400
2022-09-09T10:03+0400
deputat
siyasət
millət vəkili asim mollazadə
partiya
siyasi partiyalar
demokratik islahatlar partiyası
millət vəkili aydın mirzəzadə
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_0:0:2001:1125_1920x0_80_0_0_b34e8b55192629ebc6248faab00b2963.jpg
BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı təqdim olunub. Qanun layihəsindəki yeniliklər ictimaiyyət tərəfindən birmənalı qəbul edilməyib. Yeni qanun layihəsində qeyd olunub ki, siyasi partiya Azərbaycanda son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaş (təsisçilər) tərəfindən təsis ediləcək.Qeyd edək ki, sadəcə bu təklifin özü gündəmi zəbt etməyi bacardı.Maraqlı məqam bundan ibarətdir ki, Azərbaycanda prezident olmaq istəyən şəxs üçün qoyulan şərt siyasi partiya təsis etmək istəyənlərə qoyulandan daha yumşaqdır.Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələbləri sırasında göstərilib ki, prezidentliyə namizəd olmaq istəyən şəxs Azərbaycanın ərazisində 10 ildən artıq daimi yaşayan olmalıdır. Bu məqamın özü isə yetərincə sual doğurur.Bundan başqa yeni qanun layihəsində partiyaların maliyyələşməsi ilə bağlı müddəalar da təsbit edilib və qeyd olunur ki, Azərbaycanda siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə qəbul edə biləcək.Sputnik Azərbaycan yeni qanun layihəsi ilə bağlı millət vəkili Aydın Mirzəzadənin və Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikirlərini öyrənib.Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, yeni qanun layihəsinin ilkin variantı ictimai müzakirələrdən keçirilməlidir və parlamentin müvafiq komitəsinin toplantısında siyasi partiyaların iştirakı ilə müzakirələr davam etdirilməlidir: "Bu ilkin variant olduğu üçün onun üzərində işləmək lazımdır. Azərbaycanın siyasi sisteminin gücləndirilməsi üçün işlər davamlı şəkildə aparılmalıdır. Təbii ki, bu müzakirələrdən sonra ən yaxşı variant seçilməlidir".Millət vəkili qeyd edib ki, siyasi partiya təsis etmək istəyən şəxs üçün Azərbaycanda müəyyən bir dövr ərzində yaşamaq tələbinin qoyulması zəruridir: "Çünki çox vaxt xarici ölkələrin təsirində olan şəxslər daxili siyasətə "ixrac" olunur. Biz bunun Gürcüstanın, Ermənistanın və digər post-sovet ölkələrinin nümunəsində görə bilərik. Ölkənin siyasi mühitini xarici təsirdən qorumaq zəruridir".Millət vəkili Aydın Mirzəzadə deyir ki, yeni qanun layihəsinin ilkin variantındakı yeniliklərin hamısını məqbul hesab edir: "Siyasi partiya vətəndaşların hakimiyyətə gələ bilən yeganə ictimai birliyidir. Bu baxımdan hakimiyyət əldə etmək istəyən, cəmiyyəti idarə edəcək, ölkənin beynəlxalq birliklə münasibətlərini quracaq təşkilata əlbəttə ki, dövlətin tələbləri kifayət qədər ciddi və prinsipial olmalıdır. Bu təkliflər Azərbaycan üçün yeni olsa da, hesab edirəm ki, düzgündür. İki yüz nəfər üzvü olan təşkilat partiya adlana bilməz. Onun siyasi hakimiyyət uğrunda mübarizəsi başa düşülən deyil. Ona görə də siyasi partiya kimi qeydiyyatdan keçirilmək üçün üzv sayı ilə bağlı tələb minimum olaraq 10 min nəfər götürülüb".Millət vəkili vurğulayıb ki, bu gün on milyondan çox əhalisi olan bir ölkədə on min üzv toplaya bilməyən təşkilatın siyasi qüvvə adlandırılması ədalətli olmaz: "O ki qaldı partiya rəhbərliyi ilə bağlı tələblərə, zənnimcə, bu məqam diqqətdən kənarda qala bilməz. Partiya rəhbəri olan şəxs nəzəri olaraq ölkə rəhbəri ola bilər. Uzun müddət ölkədən kənarda yaşayan, ölkə ilə əlaqəsi olmayan şəxsin gəlib ölkənin milli maraqlarını qoruyacağı şübhə doğurur".Aydın Mirzəzadə bildirib ki, digər təkliflər isə partiyaların fəallığının artırılmasına, eyni zamanda partiya üzvü olan vətəndaşların hüquqlarının qorunmasına xidmət edən yeniliklərdir.Millət vəkili partiya rəhbərli olmaq istəyən şəxs üçün 20 il ölkədə yaşamaq tələbinin qoyulması tələbinin nə qədər doğru olması ilə bağlı suala cavabında bildirib ki, prezident olmaq üçün on il tələbinin qoyulması o demək deyil ki, həmin şəxs on il sonra prezident olacaq: "Bu nəzəri şəkildə mövcuddur. Amma partiya bir nəfər üçün deyil. Partiya ən azı 10 min insanın bir fikir ətrafında bir araya gəlməsidir. Bu baxımdan, partiyanı təmsil edən insanın Azərbaycanda 20 il yaşaması tələbinin qoyulması tamamilə normaldır".Aydın Mirzəzadə bildirib ki, təklif olunan yeniliklər hər bir halda dövlətin müstəqilliyini, vətəndaşın təhlükəsiz yaşamasını təmin etmək üçün tətbiq edilir: "Hesab edirəm ki, bu baxımdan, tətbiq olunan qadağalar başa düşülən hesab edilməlidir".
https://sputnik.az/20220907/siyasi-partiyalar-dovlet-qeydiyyatina-alinmadan-fealiyyet-gostere-bilmeyecekler-445810182.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40798/28/407982801_104:0:1881:1333_1920x0_80_0_0_11fb05e8adbbe48b17d68d8dea87291a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
deputat, millət vəkili asim mollazadə, partiya, siyasi partiyalar, demokratik islahatlar partiyası, millət vəkili aydın mirzəzadə
deputat, millət vəkili asim mollazadə, partiya, siyasi partiyalar, demokratik islahatlar partiyası, millət vəkili aydın mirzəzadə
Səs-küylü qanun layihəsi: sual doğuran tələblərə deputatların cavabı
09:38 09.09.2022 (Yenilənib: 10:03 09.09.2022) Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri bildirir ki, bu ilkin variant olduğu üçün onun üzərində işləmək lazımdır.
BAKI, 9 sentyabr — Sputnik. Azərbaycanda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı təqdim olunub. Qanun layihəsindəki yeniliklər ictimaiyyət tərəfindən birmənalı qəbul edilməyib. Yeni qanun layihəsində qeyd olunub ki, siyasi partiya Azərbaycanda son 20 il daimi yaşayan tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaş (təsisçilər) tərəfindən təsis ediləcək.
Qeyd edək ki, sadəcə bu təklifin özü gündəmi zəbt etməyi bacardı.
Maraqlı məqam bundan ibarətdir ki, Azərbaycanda prezident olmaq istəyən şəxs üçün qoyulan şərt siyasi partiya təsis etmək istəyənlərə qoyulandan daha yumşaqdır.
Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələbləri sırasında göstərilib ki, prezidentliyə namizəd olmaq istəyən şəxs Azərbaycanın ərazisində 10 ildən artıq daimi yaşayan olmalıdır. Bu məqamın özü isə yetərincə sual doğurur.
Bundan başqa yeni qanun layihəsində partiyaların maliyyələşməsi ilə bağlı müddəalar da təsbit edilib və qeyd olunur ki, Azərbaycanda siyasi partiyalar yalnız Azərbaycan vətəndaşlarından ianə qəbul edə biləcək.
Sputnik Azərbaycan yeni qanun layihəsi ilə bağlı millət vəkili Aydın Mirzəzadənin və Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin fikirlərini öyrənib.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, yeni qanun layihəsinin ilkin variantı ictimai müzakirələrdən keçirilməlidir və parlamentin müvafiq komitəsinin toplantısında siyasi partiyaların iştirakı ilə müzakirələr davam etdirilməlidir: "Bu ilkin variant olduğu üçün onun üzərində işləmək lazımdır. Azərbaycanın siyasi sisteminin gücləndirilməsi üçün işlər davamlı şəkildə aparılmalıdır. Təbii ki, bu müzakirələrdən sonra ən yaxşı variant seçilməlidir".
Millət vəkili qeyd edib ki, siyasi partiya təsis etmək istəyən şəxs üçün Azərbaycanda müəyyən bir dövr ərzində yaşamaq tələbinin qoyulması zəruridir: "Çünki çox vaxt xarici ölkələrin təsirində olan şəxslər daxili siyasətə "ixrac" olunur. Biz bunun Gürcüstanın, Ermənistanın və digər post-sovet ölkələrinin nümunəsində görə bilərik. Ölkənin siyasi mühitini xarici təsirdən qorumaq zəruridir".
Millət vəkili Aydın Mirzəzadə deyir ki, yeni qanun layihəsinin ilkin variantındakı yeniliklərin hamısını məqbul hesab edir: "Siyasi partiya vətəndaşların hakimiyyətə gələ bilən yeganə ictimai birliyidir. Bu baxımdan hakimiyyət əldə etmək istəyən, cəmiyyəti idarə edəcək, ölkənin beynəlxalq birliklə münasibətlərini quracaq təşkilata əlbəttə ki, dövlətin tələbləri kifayət qədər ciddi və prinsipial olmalıdır. Bu təkliflər Azərbaycan üçün yeni olsa da, hesab edirəm ki, düzgündür. İki yüz nəfər üzvü olan təşkilat partiya adlana bilməz. Onun siyasi hakimiyyət uğrunda mübarizəsi başa düşülən deyil. Ona görə də siyasi partiya kimi qeydiyyatdan keçirilmək üçün üzv sayı ilə bağlı tələb minimum olaraq 10 min nəfər götürülüb".
Millət vəkili vurğulayıb ki, bu gün on milyondan çox əhalisi olan bir ölkədə on min üzv toplaya bilməyən təşkilatın siyasi qüvvə adlandırılması ədalətli olmaz: "O ki qaldı partiya rəhbərliyi ilə bağlı tələblərə, zənnimcə, bu məqam diqqətdən kənarda qala bilməz. Partiya rəhbəri olan şəxs nəzəri olaraq ölkə rəhbəri ola bilər. Uzun müddət ölkədən kənarda yaşayan, ölkə ilə əlaqəsi olmayan şəxsin gəlib ölkənin milli maraqlarını qoruyacağı şübhə doğurur".
Aydın Mirzəzadə bildirib ki, digər təkliflər isə partiyaların fəallığının artırılmasına, eyni zamanda partiya üzvü olan vətəndaşların hüquqlarının qorunmasına xidmət edən yeniliklərdir.
Millət vəkili partiya rəhbərli olmaq istəyən şəxs üçün 20 il ölkədə yaşamaq tələbinin qoyulması tələbinin nə qədər doğru olması ilə bağlı suala cavabında bildirib ki, prezident olmaq üçün on il tələbinin qoyulması o demək deyil ki, həmin şəxs on il sonra prezident olacaq: "Bu nəzəri şəkildə mövcuddur. Amma partiya bir nəfər üçün deyil. Partiya ən azı 10 min insanın bir fikir ətrafında bir araya gəlməsidir. Bu baxımdan, partiyanı təmsil edən insanın Azərbaycanda 20 il yaşaması tələbinin qoyulması tamamilə normaldır".
Aydın Mirzəzadə bildirib ki, təklif olunan yeniliklər hər bir halda dövlətin müstəqilliyini, vətəndaşın təhlükəsiz yaşamasını təmin etmək üçün tətbiq edilir: "Hesab edirəm ki, bu baxımdan, tətbiq olunan qadağalar başa düşülən hesab edilməlidir".