https://sputnik.az/20220909/rusiyanin-suverenliyinin-mohkemlendirilmesi-yeni-dunya-nizamina-getirib-cixaracaq-445846002.html
Rusiyanın suverenliyinin möhkəmləndirilməsi yeni dünya nizamına gətirib çıxaracaq
Rusiyanın suverenliyinin möhkəmləndirilməsi yeni dünya nizamına gətirib çıxaracaq
Sputnik Azərbaycan
Rusiya artıq beynəlxalq hüququ şərh etmək hüququnu Qərbə buraxmayacaq. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T10:20+0400
2022-09-09T10:20+0400
2022-09-09T10:20+0400
rusiya
təhlil
qərb
rusiya prezidenti vladimir putin
myanma
liberal
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444347786_0:0:3515:1978_1920x0_80_0_0_f87bf112733edfb5910775852256e91a.jpg
Ukraynada keçirilən xüsusi əməliyyatın əsas nəticəsi Rusiyanın suverenliyinin möhkəmlənməsi olacaq - "son nəticədə bu, ölkəmizin həm daxildən, həm də xarici siyasətdəki mövqelərinin güclənməsinə gətirib çıxaracaq", - deyə Vladimir Putin Vladivostokda bildirib."Bəli, təbii ki, müəyyən qütbləşmə var - həm dünyada, həm də ölkə daxilində. İnanıram ki, bu, ancaq fayda verəcək, çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək.Biz sürəti və inkişaf templərini artıracağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə bizim bütün addımlarımız suverenliyin möhkəmləndirilməsinə yönəlib".Prezidentin Şərq iqtisadi forumunda dediyi bu sözləri tədbirin özündən bir görüntü də təsdiq edə bilər.Forumda Vladimir Putinin sağ tərəfində Myanma Dövlət inzibati şurasının sədri və Silahlı qüvvələrinin komandanı general Min Aun Xlayn əyləşib. Şərq iqtisadi forumunun fəxri qonağı, dövlət başçısı - onun Rusiya prezidentinin yanında əyləşməsi tamamilə təbii deyilmi? Ancaq hər şey o qədər də sadə deyil.Məsələ burasındadır ki, general ötən ilin fevralından Myanmaya rəhbərlik edir. O, yerli konstitusiyanın özəlliyindən istifadə edərək, ordunun əslində dövlətin birliyinin qarantı olduğunu bildirib: Min dövlətin qurucusu olan atanın qızını – Aun Su Çjini səsvermənin pozuntularla keçirildiyini bəhanə edərək hakimiyyətdən uzaqlaşdırıb. Bundan sonra bir sıra Qərb ölkələri və Myanmanın da daxil olduğu Cənub-Şərqi Asiya dövlətlərinin birliyi Su Çjini və onun partiyasının hakimiyyətə qaytarılmasını tələb edərək yeni hökuməti tanımayıb. Devrilmiş siyasətçilərin silahdaşları hətta öz hökumətlərini də (sürgündə və gizli) yaradıb onların tərəfdarları "xuntaya işləyənləri" öldürməyə başladılar –öldürülənlərin sayı minlərlədir.Hərbçilər də müxalifətin nazı ilə oynamırlar. Lakin başa düşmək lazımdır ki, müstəqil Myanmanın, demək olar ki, 75 illik tarixi, mərkəzi hökumətin ölkənin birliyini qorumaq üçün davamlı mübarizəsidir. Söhbət siyasi birlikdən deyil, ən azı ərazi birliyindən gedir.Çünki Myanma (müstəmləkə dövründə Britaniya Hindistanının bir hissəsi) bir neçə xalqdan ibarətdir. Bu xalqlardan bəziləri heç vaxt mərkəzi hökuməti tanımayıb. Üstəlik, onilliklər ərzində bir sıra əyalətlərdə (ştatlarda) partizan müharibəsi gedir və hökumət heç vaxt ölkənin bütün ərazisinə tam nəzarət etməyib.Belə bir şəraitdə mərkəzdə hakimiyyət uğrunda partiyalararası və ümumiyyətlə, siyasi mübarizə dövlət birliyinin qorunub saxlanması ilə uyğun gəlmirdi. Buna görə də Myanmanı müstəqilliyinin demək olar ki, bütün illərində - 50-ci illər və 2015-ci ildən sonrakı dövr istisna olmaqla, ordunun idarə etməsi təəccüblü deyil. Bu müddət ərzində hər şey var idi: sosializmin özünəməxsus versiyasının qurulması, SSRİ ilə dostluq və ölkənin qapılarının dünyaya güclü (lakin Şimali Koreya miqyasında deyil) şəkildə qapalı olması və çoxpartiyalı kapitalizmə keçid sistemi.Yeddi il əvvəl məhz general Min Aun Xlayn baş komandan kimi hakimiyyəti mülki şəxslərə - keçən il hakimiyyətdən uzaqlaşdırdığı həmin Su Çjiyə təhvil verdi. Bəs Myanmanın bütün bu daxili işləri Rusiyanın suverenliyinin necə möhkəmləndiyini başa düşmək üçün niyə vacibdir?Çünki general Rusiyaya ilk dəfə deyil ki, gəlib: 2017-ci ildən başlayaraq o, ölkəmizə, bəzən ildə bir neçə dəfə gəlib. O, Moskvaya və regionlara səfər edib, buddist paqodalarını açıb, Qızıl meydanda hərbi paradlarda olub, hərbi zavodlara baş çəkib (Myanma Rusiya silahlarını çoxdan alır). O, sonuncu dəfə Rusiyada cəmi iki ay əvvəl - elan olunduğu kimi, şəxsi səfərdə olub. Amma Vladivostokdakı hazırkı görüş onun Putinlə ilk rəsmi görüşüdür (qeyri-rəsmi görüşlər haqqında heç nə məlum deyil – nəzəri olaraq ola bilər, amma bağlı qapılar arxasında). Niyə?Çünki Myanmanın böyük geosiyasi əhəmiyyətinə baxmayaraq (o, Çin, Hindistan və ABŞ arasında sıx diqqət və mübarizənin kəsişməsindədir) Rusiya onun ilk kölgə, sonra isə əsl hökmdarı ilə əlaqələrini reklam etmək istəmədi (əslində, 2011-ci ildən, Silahlı Qüvvələrə rəhbərlik etdiyi vaxtdan hökmdar elə həmin o general idi). Min Şoyqu və Patruşevlə görüşdü, Lavrov onu görməyə gəldi, amma formal olaraq müəyyən məsafə saxlanıldı.Və buna baxmayaraq, keçən ilki "çevrilişdən" sonra Rusiya nəinki yeni hökuməti boykot etmədi, hətta Çinlə birlikdə ona BMT Təhlükəsizlik Şurası səviyyəsində də daxil olmaqla diplomatik dəstək verdi, "çevriliş" cəhdi adı altında Myanma hökumətinin qeyri-qanuni olduğu iddia edilərək onu pisləyən qətnamələr qəbul etmək cəhdlərinin qarşısını aldı. Ancaq birinci şəxslərin hələ də əlaqəsi yox idi - onların vaxtı yalnız indi gəlib çatıb.Myanma lideri: ABŞ Rusiya ilə əməkdaşlığa mane olmaqla sabitliyi pozurOna görə də fevralın 24-dən sonra Rusiya Qərblə təkcə münaqişəyə girmədi: Rusiya onların uydurduğu qaydalarla oynamağı dayandırdı. Vladivostokda çıxış edən Putin Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyaya qarşı beynəlxalq hüququ pozmaq barədə ittihamları belə səciyyələndirib: "DXR" və "LXR" ilə razılaşmalarımıza uyğun olaraq bunu etmək hüququmuz var idi. Bəs Qərb ölkələri İraqa, Liviyaya və ya Yuqoslaviyaya hücum edərkən nəyə arxalandılar? Onlar özləri beynəlxalq hüququ pozurlar. Sonra isə "bəzi uzaqgörən qaydalar haqqında danışırlar":"Hansı qaydalar haqqında? Nə fikirləşiblər? Onları haradan seçiblər, bu qaydaları? Qoy onlar özləri bu qaydalara uyğun yaşasınlar. Bu, çox vacib məqamdır: Rusiya artıq beynəlxalq hüququ şərh etmək hüququnu Qərbə buraxmayacaq. Bu haqda əvvəllər də danışılıb, amma yenə də öz hərəkətlərimizdə Qərbin "qaydalara əsaslanan nizam"ı ilə müəyyən qədər hesablaşmağa çalışmışıq. Son illərdə bu termin Qərbdə getdikcə daha çox istifadə olunur və onunla birlikdə əvvəllər "liberal dünya nizamı" adlanan vəziyyəti təyin edir. Biz isə bunu "anqlo-saksonların qlobalist layihəsi" adlandırırıq".Atlantikaçılar onu qorumaq üçün mübarizə apararaq, çərşənbə günü Putinin "Amerika Birləşmiş Ştatlarının qlobal iqtisadiyyat və siyasətdə qaçılmaz hökmranlığı" adlandırdığını saxlamağa çalışdılar:"Qərb ölkələri yalnız özlərinə sərfəli olan köhnə dünya nizamını qoruyub saxlamağa, hamını özlərinin uydurduqları, özlərinin mütəmadi olaraq pozduqları, mövcud şəraitdən asılı olaraq daim özləri üçün dəyişdirdikləri bədnam "qaydalara" uyğun yaşamağa məcbur etməyə çalışırlar. Eyni zamanda, digər ölkələrin belə bir diktəyə tabe olmaq istəməməsi və özbaşınalığı Qərb elitalarını, sadəcə olaraq, özlərindən çıxmağa, uzaqgörən avantürist qərarlar qəbul etməyə vadar edir - istər dünya təhlükəsizliyi, istərsə də siyasət və iqtisadiyyat baxımından. Bütün bu qərarlar ölkələrin və xalqların maraqlarına ziddir - yeri gəlmişkən, həm də Qərb dövlətlərinin vətəndaşlarının ziddinədir.""Düşünməyə dəyər." Putin Uzaq Şərqdən Qərbə açıq siqnal göndərdi"Qaydalara əsaslanan nizam"a uyğunlaşmaq üçün razılaşmayanlara hər zaman təzyiqlər olub, lakin Rusiya 2014-cü ildə bununla tam üzləşib. Bu il isə bunu maksimum dərəcədə hiss edib. Qərb bizi birbaşa "kənarlaşdırılmış ölkə" elan edib, lakin bir çox ölkələr əvvəllər də oxşar vəziyyətlə üzləşiblər: İraq və Şimali Koreya, İran və Venesuela, Sudan və Suriya. Elə Myanmanı da dəfələrlə "küncə sıxışdırmağa" cəhd ediblər. Rusiya əvvəllər onunla münasibətlərini kəsməsə də, yenə də Qərbin mövqeyi ilə hesablaşmalı olub. Necə ki, KXDR və ya Sudanla və Qərbin "kənarlaşdırılmış" elan etdiyi digər ölkələrlə münasibətlərində olduğu kimi.Fevralın 24-dən sonra hər şey dəyişdi: bizim artıq atlantikaçılarla diplomatik oyunlar oynamağa, onların uydurduğu terminlərlə danışmağa heç bir əsasımız yoxdur. Bu isə bizim üçün təkcə qeyri-Qərb dünyasının müxtəlif ölkələri ilə münasibətlər qurmaqda yeni imkanlar açmır, həm də hamıya nümayiş etdirir ki, Rusiya tam müstəqilləşir, geosiyasi strategiyasını öz maraqları və gələcək haqqında ideyaları əsasında qurur. Bu maraqlar uzun müddətdir ki, Şərqdə və Cənubda yatır. Qərb bizimlə qarşıdurma lehinə tarixi seçim etdikdən sonra isə birbaşa deyə bilərik ki, birləşmiş Qərbin həm strateji zəifləməsi, həm də parçalanması bizim maraqlarımızdadır.Amma bizim əsas stavkamız gedən hegemonla oyuna deyil, yeni arxitekturanın qurulmasınadır. Vladivostokda Putin yenə də can atdığımız dünya nizamının qısa təsvirini verdi:Putin bildirib ki, dünya bir ölkənin diktəsi üzərində qurulmamalıdır"Çoxqütblülük və dünya ideyası elədir ki, dünya daha ədalətli olmalıdır, dünya özünü Tanrının yer üzündəki nümayəndəsi (bəlkə də daha yüksək) hesab edən bir ölkənin diktəsinə əsaslanmamalıdır.Ərazinin böyüklüyündən, ÜDM-in həcmindən, bu və ya digər ölkənin ordusunda müasir silahların olmasından asılı olmayaraq, digər ölkələrin maraqlarına hörmətlə yanaşmaq, onlara bərabər münasibət göstərmək lazımdır. Kiminsə özü üçün uydurduğu bəzi qaydalara deyil, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq lazımdır.Ədalət budur, dünya nizamının sabitliyi budur. Biz həmişə bundan çıxış etmişik, buna davam edəcək və suverenliyimiz uğrunda mübarizə aparacağıq. Və heç kim şübhə etməsin ki, biz bu şərtlər daxilində bunu istəyən istənilən dövlətlə əməkdaşlığa hazırıq. Əminəm ki, sonda hər şey belə olacaq, hər şey öz qaydasına düşəcək"."Qaydaları qoyanların" buna reaksiyasına diqqət vermədən istəyən hər kəslə müstəqil şəkildə münasibət qurmaq, - suverenliyin möhkəmləndirilməsi budur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444347786_459:0:3190:2048_1920x0_80_0_0_e5dd17e9f58bd04582620d3ad76fc6d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, qərb, rusiya prezidenti vladimir putin, myanma, liberal
rusiya, qərb, rusiya prezidenti vladimir putin, myanma, liberal
Rusiyanın suverenliyinin möhkəmləndirilməsi yeni dünya nizamına gətirib çıxaracaq
Rusiya artıq beynəlxalq hüququ şərh etmək hüququnu Qərbə buraxmayacaq.
Ukraynada keçirilən xüsusi əməliyyatın əsas nəticəsi Rusiyanın suverenliyinin möhkəmlənməsi olacaq - "son nəticədə bu, ölkəmizin həm daxildən, həm də xarici siyasətdəki mövqelərinin güclənməsinə gətirib çıxaracaq", - deyə Vladimir Putin Vladivostokda bildirib.
"Bəli, təbii ki, müəyyən qütbləşmə var - həm dünyada, həm də ölkə daxilində. İnanıram ki, bu, ancaq fayda verəcək, çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək.
Biz sürəti və inkişaf templərini artıracağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə bizim bütün addımlarımız suverenliyin möhkəmləndirilməsinə yönəlib".
Prezidentin Şərq iqtisadi forumunda dediyi bu sözləri tədbirin özündən bir görüntü də təsdiq edə bilər.
Forumda Vladimir Putinin sağ tərəfində Myanma Dövlət inzibati şurasının sədri və Silahlı qüvvələrinin komandanı general Min Aun Xlayn əyləşib. Şərq iqtisadi forumunun fəxri qonağı, dövlət başçısı - onun Rusiya prezidentinin yanında əyləşməsi tamamilə təbii deyilmi? Ancaq hər şey o qədər də sadə deyil.
Məsələ burasındadır ki, general ötən ilin fevralından Myanmaya rəhbərlik edir. O, yerli konstitusiyanın özəlliyindən istifadə edərək, ordunun əslində dövlətin birliyinin qarantı olduğunu bildirib: Min dövlətin qurucusu olan atanın qızını – Aun Su Çjini səsvermənin pozuntularla keçirildiyini bəhanə edərək hakimiyyətdən uzaqlaşdırıb. Bundan sonra bir sıra Qərb ölkələri və Myanmanın da daxil olduğu Cənub-Şərqi Asiya dövlətlərinin birliyi Su Çjini və onun partiyasının hakimiyyətə qaytarılmasını tələb edərək yeni hökuməti tanımayıb. Devrilmiş siyasətçilərin silahdaşları hətta öz hökumətlərini də (sürgündə və gizli) yaradıb onların tərəfdarları "xuntaya işləyənləri" öldürməyə başladılar –öldürülənlərin sayı minlərlədir.
Hərbçilər də müxalifətin nazı ilə oynamırlar. Lakin başa düşmək lazımdır ki, müstəqil Myanmanın, demək olar ki, 75 illik tarixi, mərkəzi hökumətin ölkənin birliyini qorumaq üçün davamlı mübarizəsidir. Söhbət siyasi birlikdən deyil, ən azı ərazi birliyindən gedir.
Çünki Myanma (müstəmləkə dövründə Britaniya Hindistanının bir hissəsi) bir neçə xalqdan ibarətdir. Bu xalqlardan bəziləri heç vaxt mərkəzi hökuməti tanımayıb. Üstəlik, onilliklər ərzində bir sıra əyalətlərdə (ştatlarda) partizan müharibəsi gedir və hökumət heç vaxt ölkənin bütün ərazisinə tam nəzarət etməyib.
Belə bir şəraitdə mərkəzdə hakimiyyət uğrunda partiyalararası və ümumiyyətlə, siyasi mübarizə dövlət birliyinin qorunub saxlanması ilə uyğun gəlmirdi. Buna görə də Myanmanı müstəqilliyinin demək olar ki, bütün illərində - 50-ci illər və 2015-ci ildən sonrakı dövr istisna olmaqla, ordunun idarə etməsi təəccüblü deyil. Bu müddət ərzində hər şey var idi: sosializmin özünəməxsus versiyasının qurulması, SSRİ ilə dostluq və ölkənin qapılarının dünyaya güclü (lakin Şimali Koreya miqyasında deyil) şəkildə qapalı olması və çoxpartiyalı kapitalizmə keçid sistemi.
Yeddi il əvvəl məhz general Min Aun Xlayn baş komandan kimi hakimiyyəti mülki şəxslərə - keçən il hakimiyyətdən uzaqlaşdırdığı həmin Su Çjiyə təhvil verdi. Bəs Myanmanın bütün bu daxili işləri Rusiyanın suverenliyinin necə möhkəmləndiyini başa düşmək üçün niyə vacibdir?
Çünki general Rusiyaya ilk dəfə deyil ki, gəlib: 2017-ci ildən başlayaraq o, ölkəmizə, bəzən ildə bir neçə dəfə gəlib. O, Moskvaya və regionlara səfər edib, buddist paqodalarını açıb, Qızıl meydanda hərbi paradlarda olub, hərbi zavodlara baş çəkib (Myanma Rusiya silahlarını çoxdan alır). O, sonuncu dəfə Rusiyada cəmi iki ay əvvəl - elan olunduğu kimi, şəxsi səfərdə olub. Amma Vladivostokdakı hazırkı görüş onun Putinlə ilk rəsmi görüşüdür (qeyri-rəsmi görüşlər haqqında heç nə məlum deyil – nəzəri olaraq ola bilər, amma bağlı qapılar arxasında). Niyə?
Çünki Myanmanın böyük geosiyasi əhəmiyyətinə baxmayaraq (o, Çin, Hindistan və ABŞ arasında sıx diqqət və mübarizənin kəsişməsindədir) Rusiya onun ilk kölgə, sonra isə əsl hökmdarı ilə əlaqələrini reklam etmək istəmədi (əslində, 2011-ci ildən, Silahlı Qüvvələrə rəhbərlik etdiyi vaxtdan hökmdar elə həmin o general idi). Min Şoyqu və Patruşevlə görüşdü, Lavrov onu görməyə gəldi, amma formal olaraq müəyyən məsafə saxlanıldı.
Və buna baxmayaraq, keçən ilki "çevrilişdən" sonra Rusiya nəinki yeni hökuməti boykot etmədi, hətta Çinlə birlikdə ona BMT Təhlükəsizlik Şurası səviyyəsində də daxil olmaqla diplomatik dəstək verdi, "çevriliş" cəhdi adı altında Myanma hökumətinin qeyri-qanuni olduğu iddia edilərək onu pisləyən qətnamələr qəbul etmək cəhdlərinin qarşısını aldı. Ancaq birinci şəxslərin hələ də əlaqəsi yox idi - onların vaxtı yalnız indi gəlib çatıb.
Myanma lideri: ABŞ Rusiya ilə əməkdaşlığa mane olmaqla sabitliyi pozur
Ona görə də fevralın 24-dən sonra Rusiya Qərblə təkcə münaqişəyə girmədi: Rusiya onların uydurduğu qaydalarla oynamağı dayandırdı. Vladivostokda çıxış edən Putin Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyaya qarşı beynəlxalq hüququ pozmaq barədə ittihamları belə səciyyələndirib: "DXR" və "LXR" ilə razılaşmalarımıza uyğun olaraq bunu etmək hüququmuz var idi. Bəs Qərb ölkələri İraqa, Liviyaya və ya Yuqoslaviyaya hücum edərkən nəyə arxalandılar? Onlar özləri beynəlxalq hüququ pozurlar. Sonra isə "bəzi uzaqgörən qaydalar haqqında danışırlar":
"Hansı qaydalar haqqında? Nə fikirləşiblər? Onları haradan seçiblər, bu qaydaları? Qoy onlar özləri bu qaydalara uyğun yaşasınlar. Bu, çox vacib məqamdır: Rusiya artıq beynəlxalq hüququ şərh etmək hüququnu Qərbə buraxmayacaq. Bu haqda əvvəllər də danışılıb, amma yenə də öz hərəkətlərimizdə Qərbin "qaydalara əsaslanan nizam"ı ilə müəyyən qədər hesablaşmağa çalışmışıq. Son illərdə bu termin Qərbdə getdikcə daha çox istifadə olunur və onunla birlikdə əvvəllər "liberal dünya nizamı" adlanan vəziyyəti təyin edir. Biz isə bunu "anqlo-saksonların qlobalist layihəsi" adlandırırıq".
Atlantikaçılar onu qorumaq üçün mübarizə apararaq, çərşənbə günü Putinin "Amerika Birləşmiş Ştatlarının qlobal iqtisadiyyat və siyasətdə qaçılmaz hökmranlığı" adlandırdığını saxlamağa çalışdılar:
"Qərb ölkələri yalnız özlərinə sərfəli olan köhnə dünya nizamını qoruyub saxlamağa, hamını özlərinin uydurduqları, özlərinin mütəmadi olaraq pozduqları, mövcud şəraitdən asılı olaraq daim özləri üçün dəyişdirdikləri bədnam "qaydalara" uyğun yaşamağa məcbur etməyə çalışırlar. Eyni zamanda, digər ölkələrin belə bir diktəyə tabe olmaq istəməməsi və özbaşınalığı Qərb elitalarını, sadəcə olaraq, özlərindən çıxmağa, uzaqgörən avantürist qərarlar qəbul etməyə vadar edir - istər dünya təhlükəsizliyi, istərsə də siyasət və iqtisadiyyat baxımından. Bütün bu qərarlar ölkələrin və xalqların maraqlarına ziddir - yeri gəlmişkən, həm də Qərb dövlətlərinin vətəndaşlarının ziddinədir."
"Düşünməyə dəyər." Putin Uzaq Şərqdən Qərbə açıq siqnal göndərdi
"Qaydalara əsaslanan nizam"a uyğunlaşmaq üçün razılaşmayanlara hər zaman təzyiqlər olub, lakin Rusiya 2014-cü ildə bununla tam üzləşib. Bu il isə bunu maksimum dərəcədə hiss edib. Qərb bizi birbaşa "kənarlaşdırılmış ölkə" elan edib, lakin bir çox ölkələr əvvəllər də oxşar vəziyyətlə üzləşiblər: İraq və Şimali Koreya, İran və Venesuela, Sudan və Suriya. Elə Myanmanı da dəfələrlə "küncə sıxışdırmağa" cəhd ediblər. Rusiya əvvəllər onunla münasibətlərini kəsməsə də, yenə də Qərbin mövqeyi ilə hesablaşmalı olub. Necə ki, KXDR və ya Sudanla və Qərbin "kənarlaşdırılmış" elan etdiyi digər ölkələrlə münasibətlərində olduğu kimi.
Fevralın 24-dən sonra hər şey dəyişdi: bizim artıq atlantikaçılarla diplomatik oyunlar oynamağa, onların uydurduğu terminlərlə danışmağa heç bir əsasımız yoxdur. Bu isə bizim üçün təkcə qeyri-Qərb dünyasının müxtəlif ölkələri ilə münasibətlər qurmaqda yeni imkanlar açmır, həm də hamıya nümayiş etdirir ki, Rusiya tam müstəqilləşir, geosiyasi strategiyasını öz maraqları və gələcək haqqında ideyaları əsasında qurur. Bu maraqlar uzun müddətdir ki, Şərqdə və Cənubda yatır. Qərb bizimlə qarşıdurma lehinə tarixi seçim etdikdən sonra isə birbaşa deyə bilərik ki, birləşmiş Qərbin həm strateji zəifləməsi, həm də parçalanması bizim maraqlarımızdadır.
Amma bizim əsas stavkamız gedən hegemonla oyuna deyil, yeni arxitekturanın qurulmasınadır. Vladivostokda Putin yenə də can atdığımız dünya nizamının qısa təsvirini verdi:
Putin bildirib ki, dünya bir ölkənin diktəsi üzərində qurulmamalıdır
"Çoxqütblülük və dünya ideyası elədir ki, dünya daha ədalətli olmalıdır, dünya özünü Tanrının yer üzündəki nümayəndəsi (bəlkə də daha yüksək) hesab edən bir ölkənin diktəsinə əsaslanmamalıdır.
Ərazinin böyüklüyündən, ÜDM-in həcmindən, bu və ya digər ölkənin ordusunda müasir silahların olmasından asılı olmayaraq, digər ölkələrin maraqlarına hörmətlə yanaşmaq, onlara bərabər münasibət göstərmək lazımdır. Kiminsə özü üçün uydurduğu bəzi qaydalara deyil, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq lazımdır.
Ədalət budur, dünya nizamının sabitliyi budur. Biz həmişə bundan çıxış etmişik, buna davam edəcək və suverenliyimiz uğrunda mübarizə aparacağıq. Və heç kim şübhə etməsin ki, biz bu şərtlər daxilində bunu istəyən istənilən dövlətlə əməkdaşlığa hazırıq. Əminəm ki, sonda hər şey belə olacaq, hər şey öz qaydasına düşəcək".
"Qaydaları qoyanların" buna reaksiyasına diqqət vermədən istəyən hər kəslə müstəqil şəkildə münasibət qurmaq, - suverenliyin möhkəmləndirilməsi budur.