DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Quterreş Şimali Koreyanın nüvə silahı qanunundan narahatdır - Baş katibin ofisi

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidBMT-nin baş katibi Antonio Quterreş, arxiv şəkli
BMT-nin baş katibi Antonio Quterreş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
Şimali Koreya parlamentində nüvə qüvvələri haqqında yeni qanun qəbul edib və bu qanunda qabaqlayıcı nüvə zərbəsi konsepsiyası təsbit edilib.
BAKI, 9 sentyabr - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın nüvə qüvvələri haqqında qanunun qəbulundan son dərəcə narahatdır və Pxenyanı nüvəsizləşdirmə üzrə danışıqlara qayıtmağa çağırır. Bunu cümə günü brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz bu hesabatları gördük. Baş katib KXDR-in nüvə qüvvələri haqqında qanunun qəbulundan son dərəcə narahatdır. Baş katib tez-tez nüvə silahlarından danışır. Təhlükəsizlik doktrinalarında nüvə silahının artan rolu nüvə risklərini azaltmaq və aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətin onilliklər ərzində göstərdiyi səylərə ziddir".

Qurum rəsmisi həmçinin bildirib ki, KXDR özünün nüvə proqramı, o cümlədən ballistik daşıyıcı raketlərin inkişafı çərçivəsində BMT Təhlükəsizlik Şurasının bu cür fəaliyyətlərin dayandırılması ilə bağlı qətnamələrini pozur:
"Baş katib KXDR-i sülhə nail olmaq və Koreya yarımadasının nüvəsizləşdirilməsi üçün əsas maraqlı tərəflərlə dialoqu bərpa etməyə təşviq edir”, - deyə Düjarrik bildirib.
© AFP 2024 / STRKim Çen In, arxiv şəkli
Лидер КНДР Ким Чен Ын, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Kim Çen In, arxiv şəkli
Xatırladaq ki, KXDR Ali Xalq Assambleyası (parlament) sentyabrın 7-8-də keçirilən növbəti sessiyası zamanı nüvə qüvvələri haqqında yeni qanun qəbul edib və bu qanunda qabaqlayıcı nüvə zərbəsi konsepsiyası təsbit edilib.
Bu münasibətlə cümə axşamı parlamentdə çıxış edən Şimali Koreya lideri Kim Çen In ölkənin ABŞ-dan gələn təhlükə üzündən nüvə silahından heç vaxt imtina etməyəcəyini və yeni qanunun nüvəsizləşdirmə danışıqlarını qeyri-mümkün etdiyini söyləi.
Xəbər lenti
0