Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Metodistlərin işindən şikayət var - Rəsmi

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
Təhsil İnstitutunun direktoru bildirib ki, metodistlər özlərini inspektor kimi aparıb, məktəbə sırf yoxlama və ya hansısa göstərişi vermək üçün gedirlər.
BAKI, 9 sentyabr — Sputnik. "2021-ci ildə metodkabinələrin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı monitorinq aparılıb. Təəssüf ki, nəticələr çox da ürəkaçan deyil".
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, bu illər ərzində metodistlər özlərini inspektor kimi aparıb, məktəbə sırf yoxlama və ya hansısa göstərişi vermək üçün gediblər:
"Sistem tamamilə yenidən qurulmalı, məktəblərin daxilində metodik xidmət qurulmalıdır. Həmçinin bu istiqamətdə proqram hazırlanmalı və regional idarələr vasitəsilə məktəblərə çatdırılmalıdır".
Qeyd edək ki, metodiki kabinetlər 1994-cü ildə təhsil nazirinin əmri ilə metodiki mərkəz adlandırılıb və əsasnaməsi təsdiq edilib. 2002-ci ildə əsasnamə yenidən hazırlanıb yeni əmrlə metodiki kabinet adlandırılıb.
Metodiki kabinetin əsasnaməsinə görə, metodkabinetlər pedaqoji kadrların attestasiyadan keçirilməsində təlim-tərbiyə müəssisə rəhbərlərinə zəruri kömək göstərir.
Xəbər lenti
0