Anomal istilər ABŞ-ın qərbindəki Kaliforniya, Vaşinqton, Vayominq, Kolorado, Nevada və Yuta ştatlarında meşə yanğınlarının baş verməsinə səbəb olub. Təxminən 52 milyon insanın yaşadığı ərazilərdə yanğın davam edir.Polisin məlumatına görə, Kaliforniyanın cənubundakı meşə yanğınları iki nəfərin həyatına son qoyub. Bu ştatın Riversayd dairəsində 5 mindən çox evin sakinləri təxliyə olunmaq məcburiyyətində qalıb.Sentyabrın 5-də 4000-dən çox yanğınsöndürən yeni yanğın ocaqları ilə mübarizə aparıb. Kaliforniyada bu cür ocaqların sayı 14-ə çatıb.Bundan əlavə, iki gün əvvəl Los-Ancelesin cənub-şərqində yanğın baş verib. Nəticədə 4 nəfər həlak olub, bir nəfər isə yanıq xəsarətləri alıb. Yanğın 800 hektardan çox meşə sahəsini əhatə edib. Yanğının yalnız 5%-nin qarşısı alınıb. Yerli hakimiyyət yanğının hələ də davam etdiyi üçün dəymiş ziyanı qiymətləndirməyə davam edir.Hazırda ABŞ ərazisində 53 böyük meşə yanğını söndürülüb."First Street Foundation" tədqiqat təşkilatının məlumatına görə, ABŞ ərazisində "ekstremal istilik kəməri" formalaşır. Bu kəmər 2053-cü ilə qədər ölkənin ümumilikdə 107 milyon insanın yaşadığı rayonların dörddə birini əhatə edə bilər.
Hazırda ABŞ ərazisində 53 böyük meşə yanğını söndürülüb.
Anomal istilər ABŞ-ın qərbindəki Kaliforniya, Vaşinqton, Vayominq, Kolorado, Nevada və Yuta ştatlarında meşə yanğınlarının baş verməsinə səbəb olub. Təxminən 52 milyon insanın yaşadığı ərazilərdə yanğın davam edir.
Polisin məlumatına görə, Kaliforniyanın cənubundakı meşə yanğınları iki nəfərin həyatına son qoyub. Bu ştatın Riversayd dairəsində 5 mindən çox evin sakinləri təxliyə olunmaq məcburiyyətində qalıb.
Sentyabrın 5-də 4000-dən çox yanğınsöndürən yeni yanğın ocaqları ilə mübarizə aparıb. Kaliforniyada bu cür ocaqların sayı 14-ə çatıb.
Bundan əlavə, iki gün əvvəl Los-Ancelesin cənub-şərqində yanğın baş verib. Nəticədə 4 nəfər həlak olub, bir nəfər isə yanıq xəsarətləri alıb. Yanğın 800 hektardan çox meşə sahəsini əhatə edib. Yanğının yalnız 5%-nin qarşısı alınıb. Yerli hakimiyyət yanğının hələ də davam etdiyi üçün dəymiş ziyanı qiymətləndirməyə davam edir.
Hazırda ABŞ ərazisində 53 böyük meşə yanğını söndürülüb.
"First Street Foundation" tədqiqat təşkilatının məlumatına görə, ABŞ ərazisində "ekstremal istilik kəməri" formalaşır. Bu kəmər 2053-cü ilə qədər ölkənin ümumilikdə 107 milyon insanın yaşadığı rayonların dörddə birini əhatə edə bilər.