Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Buraxılış imtahanının nəticələri açıqlanıb

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 sentyabr tarixindən etibarən onlayn apellyasiya prosesi təşkil ediləcək.
BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 4-də keçirilən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən şagirdlər müvafiq linkə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 14 sentyabr tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 12 sentyabr saat 10:00-dan 14 sentyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Qeyd edək ki, sentyabrın 4-də Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün əlavə imtahan keçirib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanların idarə olunması üçün 12 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 74 nəzarətçi-müəllim, 3 buraxılış rejimi (mühafizə) əməkdaşı, 10 bina nümayəndəsi ayrılıb.
Xəbər lenti
0