DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniya kralı III Karl öz varisini elan edib

© AP Photo / Kirsty Wigglesworth, FileUels Şahzadəsi Çarlz, arxiv şəkli
Uels Şahzadəsi Çarlz, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
Karl həmçinin ölkədən xaricdə yaşayan oğlu Şahzadə Harri və həyat yoldaşı Meqan Markla sevgisini ifadə edib.
BAKI, 9 sentyabr - Sputnik. Britaniya kralı III Karl oğlu Uilyamı Uels şahzadəsi elan edib.
"Mənim varisim Uilyam... Kornuoll hersoqu olur... Bu gün mən fəxrlə onu Uels şahzadəsi elan edirəm”, - deyə o, televiziya ilə xalqa müraciətində deyib.
Karl həmçinin "həyatlarını xaricdə sürən davam edən" oğlu Şahzadə Harri və həyat yoldaşı Meqan Markla sevgisini ifadə edib.
Xatırladaq ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib. II Elizabet 21 aprel 1926-cı ildə Londonda anadan olub.
Mərhum kraliça 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.
Xəbər lenti
0