https://sputnik.az/20220909/bmt-rusiya-gubrelerinin-ixraci-ucun-her-cur-sey-gosterir---dujarrik--445886822.html
BMT Rusiya gübrələrinin ixracı üçün hər cür səy göstərir - Dujarrik
BMT Rusiya gübrələrinin ixracı üçün hər cür səy göstərir - Dujarrik
Sputnik Azərbaycan
Qurum rəsmisi Rusiya ərzaq və gübrələrinə qarşı sanksiyaların tətbiq edilmədiyini, lakin ümumi sanksiyalar rejimi üzündən vəziyyət çətin olduğunu dilə gətirib. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T21:16+0400
2022-09-09T21:16+0400
2022-09-09T21:16+0400
dünya xəbərləri
rusiya
gübrə
bmt
çətinlik
sanksiya
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_0:161:3071:1888_1920x0_80_0_0_b8cec72470519479307f770b18d3545f.jpg
BAKI, 9 sentyabr - Sputnik. BMT Rusiya ərzaq və gübrələrinin ixracı qarşısındakı maneələri aradan qaldırmaq üçün səy göstərir, lakin sanksiyalar üzündən çətinliklərin olduğunu qeyd edir.Bunu cümə günü keçirdiyi brifinqdə baş katibin nümayəndəsi Stefan Düjarrik dünya bazarlarında yaranan çətinlikləri şərh edərkən deyib.“Rusiya gübrələrinin və ərzaq məhsullarının bazarlara qayıtması çox vacib olduğu üçün biz son dərəcə gərgin işləyirik”, - o deyib.“Rusiya ərzaq və gübrələrinə qarşı sanksiyalar tətbiq edilməyib, lakin ümumi sanksiyalar rejiminə görə vəziyyət çətindir. Bu, özəl sektorun ticarətini çətinləşdirir. Biz bütün çətinlikləri yumşaltmağa, dar boğazları aradan qaldırmağa çalışırıq”, - deyə Düjarrik bildirib.Xatırladaq ki, hələ cari ilin may ayında RF Prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiyaların ləğvi ilə ölkənin əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyinin təsdiqləndiyini bildirib.“Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır”, - deyə Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42197/96/421979691_170:0:2901:2048_1920x0_80_0_0_1b8c470ceffb18fbd34f258626bb50c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, gübrə, bmt, çətinlik, sanksiya
rusiya, gübrə, bmt, çətinlik, sanksiya
BMT Rusiya gübrələrinin ixracı üçün hər cür səy göstərir - Dujarrik
Qurum rəsmisi Rusiya ərzaq və gübrələrinə qarşı sanksiyaların tətbiq edilmədiyini, lakin ümumi sanksiyalar rejimi üzündən vəziyyət çətin olduğunu dilə gətirib.
BAKI, 9 sentyabr - Sputnik. BMT Rusiya ərzaq və gübrələrinin ixracı qarşısındakı maneələri aradan qaldırmaq üçün səy göstərir, lakin sanksiyalar üzündən çətinliklərin olduğunu qeyd edir.
Bunu cümə günü keçirdiyi brifinqdə baş katibin nümayəndəsi Stefan Düjarrik dünya bazarlarında yaranan çətinlikləri şərh edərkən deyib.
“Rusiya gübrələrinin və ərzaq məhsullarının bazarlara qayıtması çox vacib olduğu üçün biz son dərəcə gərgin işləyirik”, - o deyib.
“Rusiya ərzaq və gübrələrinə qarşı sanksiyalar tətbiq edilməyib, lakin ümumi sanksiyalar rejiminə görə vəziyyət çətindir. Bu, özəl sektorun ticarətini çətinləşdirir. Biz bütün çətinlikləri yumşaltmağa, dar boğazları aradan qaldırmağa çalışırıq”, - deyə Düjarrik bildirib.
Xatırladaq ki, hələ cari ilin may ayında RF Prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiyaların ləğvi ilə ölkənin əhəmiyyətli həcmdə gübrə və kənd təsərrüfatı məhsulları ixrac edə biləcəyinin təsdiqləndiyini bildirib.
“Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır”, - deyə Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında qeyd edib.