https://sputnik.az/20220909/berde-sakinlerinde-qarayara-xesteliyine-xas-simptomlar-askar-edilib---tebb-445879009.html
Bərdə sakinlərində qarayara xəstəliyinə xas simptomlar aşkar edilib - TƏBİB
Bərdə sakinlərində qarayara xəstəliyinə xas simptomlar aşkar edilib - TƏBİB
Sputnik Azərbaycan
Rayonun Piyadalar kənd sakinlərindən götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T22:41+0400
2022-09-09T22:41+0400
2022-09-09T22:41+0400
təbib
səhiyyə
qarayara
xəstəlik
bərdə
https://cdnn1.img.sputnik.az/img/42414/77/424147783_0:0:3069:1727_1920x0_80_0_0_6998182ee278aaaa9fc420baf686da0d.jpg
BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 1-də Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb.TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.Xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.Götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir. Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub.Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42414/77/424147783_156:0:2887:2048_1920x0_80_0_0_27d19c5ea2f6790b9f7033ab4dd2e412.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təbib, qarayara, xəstəlik, bərdə
təbib, qarayara, xəstəlik, bərdə
Bərdə sakinlərində qarayara xəstəliyinə xas simptomlar aşkar edilib - TƏBİB
Rayonun Piyadalar kənd sakinlərindən götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub.
BAKI, 9 sentyabr — Sputnik. Sentyabrın 1-də Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb.
TƏBİB-dən Sputnik Azərbaycan-a verilən xəbərə görə, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.
TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib.
Xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.
Götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir. Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.