https://sputnik.az/20220908/usaid-in-azerbaycan-uzre-yeni-missiya-direktoru-vezifelerinin-icrasina-baslayib-445814941.html
USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifələrinin icrasına başlayıb
USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifələrinin icrasına başlayıb
Sputnik Azərbaycan
M.Nirbas USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı... 08.09.2022, Sputnik Azərbaycan
2022-09-08T10:38+0400
2022-09-08T10:38+0400
2022-09-08T10:49+0400
usaid
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871476_0:148:2893:1775_1920x0_80_0_0_d145262eb7c69fecc49299a51c700e82.jpg
BAKI, 8 sentyabr — Sputnik. Maykl Nirbas (Michael Nehrbass) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.Təşkilatdan verilən məlumata görə, bu vəzifəyə təyin olunmazdan əvvəl, M.Nirbas Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Cənab Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.M.Nirbas Milli Müharibə Kollecində Milli Təhlükəsizlik Strategiyası üzrə magistr dərəcəsi, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində folklor üzrə bakalavr dərəcəsinə malikdir.Azərbaycan üzrə missiya direktoru kimi M.Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871476_0:0:2731:2048_1920x0_80_0_0_e65bb5a88464143a1e4e220a0d490f5f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
usaid, azərbaycan
USAID-in Azərbaycan üzrə yeni missiya direktoru vəzifələrinin icrasına başlayıb
10:38 08.09.2022 (Yenilənib: 10:49 08.09.2022) M.Nirbas USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı gücləndirməyi səbirsizliklə gözlədiyini bildirib
BAKI, 8 sentyabr — Sputnik. Maykl Nirbas (Michael Nehrbass) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifələrini icra etməyə başlayıb.
Təşkilatdan verilən məlumata görə, bu vəzifəyə təyin olunmazdan əvvəl, M.Nirbas Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Cənab Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.
M.Nirbas Milli Müharibə Kollecində Milli Təhlükəsizlik Strategiyası üzrə magistr dərəcəsi, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində folklor üzrə bakalavr dərəcəsinə malikdir.
Azərbaycan üzrə missiya direktoru kimi M.Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.