https://sputnik.az/20220908/ukrayna-limanlarindan-taxil-tedaruku-plana-esasen-davam-edir---turkiye-mn-445823261.html
Ukrayna limanlarından taxıl tədarükü plana əsasən davam edir - Türkiyə MN
Ukrayna limanlarından taxıl tədarükü plana əsasən davam edir - Türkiyə MN
Sputnik Azərbaycan
İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və... 08.09.2022, Sputnik Azərbaycan
2022-09-08T14:46+0400
2022-09-08T14:46+0400
2022-09-08T14:46+0400
taxıl
dünya xəbərləri
türkiyə
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 8 sen — Sputnik. Ukrayna limanlarından taxıl tədarükü "məhsul sövdələşməsi" planına uyğun olaraq davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi cümə axşamı "Twitter"də bildirib.İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur."Taxıl tədarükü plana uyğun olaraq davam edir. Bu gün səhər saatlarına kimi daha 5 gəmi Ukrayna limanlarını tərk edib", - Türkiyə hərbi idarəsinin açıqlamasında belə deyilir.Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumundakı plenar iclasda çıxış edərək bildirib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.Onun fikrincə, bu marşrut üzrə məhdudiyyətləri Türkiyə prezidenti ilə müzakirə etməyə dəyər. Öz növbəsində, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı ərzaq sövdələşməsinin bir hissəsi işləmir. Onun sözlərinə görə, bu səbəbdən müqavilənin ləğvi istisna edilmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, türkiyə, ukrayna
Ukrayna limanlarından taxıl tədarükü plana əsasən davam edir - Türkiyə MN
İyulun 22-də İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
BAKI, 8 sen — Sputnik. Ukrayna limanlarından taxıl tədarükü "məhsul sövdələşməsi" planına uyğun olaraq davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi cümə axşamı "Twitter"də bildirib.
İyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
"Taxıl tədarükü plana uyğun olaraq davam edir. Bu gün səhər saatlarına kimi daha 5 gəmi Ukrayna limanlarını tərk edib", - Türkiyə hərbi idarəsinin açıqlamasında belə deyilir.
Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumundakı plenar iclasda çıxış edərək bildirib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Onun fikrincə, bu marşrut üzrə məhdudiyyətləri Türkiyə prezidenti ilə müzakirə etməyə dəyər. Öz növbəsində, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya ərzaq və gübrələrinin ixracı ilə bağlı ərzaq sövdələşməsinin bir hissəsi işləmir. Onun sözlərinə görə, bu səbəbdən müqavilənin ləğvi istisna edilmir.