DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Uels şahzadəsi Çarlz Britaniyanın yeni kralı olub

© AP Photo / Kirsty Wigglesworth, FileПринц Уэльский Чарльз, фото из архива
Принц Уэльский Чарльз, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
73 yaşlı Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir.
BAKI, 8 sentyabr - Sputnik. Kraliça II Yelizavetanın böyük oğlu Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, Çarlz anası 96 yaşında vəfat etdikdən sonra taxt-taca oturub.
73 yaşlı Çarlz Britaniya taxtına çıxan ən yaşlı varisdir.
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib.
Qeyd edək ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.
Elizabet 1926-ci il aprelin 21-də York hersoqu və hersoginyasının (sonradan Kral VI Corc və Kraliça Konsorti Elizabet) ailəsində anadan olub. Onun atası 1936-cı ildə qardaşı Kral VIII Eduard taxtdan imtina etdikdən sonra taxta çıxıb. Beləliklə, II Elizabet də onun varisinə çevrilib. O, evdə fərdi təhsil alıb. İkinci Dünya müharibəsi illərində Yardım Ərazi Xidmətində işləyib və ictimai funksiyalarının icrasına başlayıb.
1947-ci ildə şahzadə Elizabet toydan bir gün öncə Edinburq hersoqu titulunu alan leytenant Filipp Mountbattenlə ailə qurub. Onların dörd övladı var: Uels şahzadəsi, vəliəhd Çarlz, şahzadə Anna, York hersoqu şahzadə Endrü və Uesseks qrafı şahzadə Edvard. Onların evliliyi dünya tarixində 2021-ci ildə şahzadə Filipin ölümünə qədər davam edən ən uzun kral nikahı olub.
Britaniya və dünya tarixinin çox geniş dövrü II Yelizavetanın hakimiyyəti dönəminə düşüb.
Xəbər lenti
0