Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu qurumun səlahiyyətləri azaldıldı

© Joe Raedle / Getty Images / AFPİmza
İmza - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə"də dəyişikliklə qurumun səlahiyyətləri azaldıldı
BAKI, 8 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 3.0.14-cü yarımbəndi ləğv edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Qeyd edək ki, sözügedən əsasnamədə 3.0.14-cü bənd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin obyektlərinin və digər əsas fondlarının bərpasına, tikintisinə və təmirinə dair dövlət sifarişlərinin hazırlanmasında iştirak etməyi, texniki təchizat vasitələrinin yeniləşdirilməsi işlərini həyata keçirməyi nəzərdə tuturdu.
Xəbər lenti
0