https://sputnik.az/20220908/bakinin-derdi-var-baki-xestedir-yaxud-yagisin-derdini-kime-soylemeli-445810453.html
"Bakının dərdi var, Bakı xəstədir", yaxud yağışın dərdini kimə söyləməli?!
"Bakının dərdi var, Bakı xəstədir", yaxud yağışın dərdini kimə söyləməli?!
Sputnik Azərbaycan
Ekspertlər vəziyyətdən çıxış yolunu yağış xətlərinin çəkilməsində, kanalizasiya xətlərinin yağış xətlərindən ayrılmasında görürlər. 08.09.2022, Sputnik Azərbaycan
2022-09-08T09:23+0400
2022-09-08T09:23+0400
2022-09-08T09:23+0400
yağış
cəmiyyət
anar cəbrayıllı
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479648_0:306:3073:2034_1920x0_80_0_0_3862517da7fad021a616ac6a35d51429.jpg
BAKI, 8 sentyabr — Sputnik. Bu günlərdə paytaxtın küçə və prospektlərinin yağış sularına təslim olması nəticəsində nəqliyyatın hərəkəti iflic oldu. Uzun tıxacların yaranması ictimai nəqliyyatın da işinə təsirsiz ötüşmədi. Tıxac səbəbindən avtobusların hərəkətində yaranmış uzunmüddətli gecikmələr, Bakı sakinlərini evə yağışlı gündə piyada getmək məcburiyyətində qoydu. Hətta bu vəziyyət taksilərdə də qiymət artımına səbəb oldu. Taksilər tıxacda qaldığından taksi şirkətləri qiyməti bahalaşdırdılar. Bir sözlə, yağan yağış Bakıda aidiyyatı qurumların payız-qış mövsümünə hazır olmadıqlarını bir daha üzə çıxartdı. Qeyd edək ki, Bakıda bu mənzərə hər dəfə yağış yağan kimi təkrarlanır. Bəs görəsən Bakının bu problemi nə vaxt aradan qaldırılacaq?Yağış suları da kanalizasiyalara axıdılır"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, avqust ayından başlayaraq qışa hazırlıq çərçivəsində kananalizasiya kollektorlarının, xətlərinin, baxış quyularının, yağış barmaqcıqlarının yuyulub təmizlənməsi işləri həyata keçirilib. A.Cəbrayıllı bildirir ki, yağışın yağması və kanalizasiya kollektorlarının eyni anda bu həcmdə suyu daşıya bilməməsi səbəbindən yollarda su basma halları baş verir. Yağış yağan kimi küçələri su basmasının səbəbi, yağış sularının axıdılması üçün ayrıca sistemin olmamasıdır. Qurumun sözçüsü deyir ki, Bakıda kanalizasiya kimi istifadə edilən xətlər həm də yağış sularının axıdılması üçün istifadə olunur. Kanalizasiya kollektorlarının böyük əksəriyyəti isə 1970-1980-cı illərdə Böyük Bakının kanalizasiya layihəsi çərçivəsində inşa olunub. Ondan sonra Bakı inkişaf edib, paytaxtın mərkəzində çoxlu sayda göydələnlər inşa olunub. Həmin binaların da hamısının tullantı, təsərrüfat suları bu xəttə axıdılır. İntensiv yağıntılar zamanı isə bu xətt eyni anda həm kanalizasiya, həmçinin də yağış sularını daşımaq iqtidarında olmur. Bu gün Bakı şəhərində yaranan subasmanın da əsas səbəbi budur.Anar Cəbrayıllının sözlərinə görə, yağış sularının idarəolunması barədə "Azərsu" ASC-nin nizamnaməsində və xidmət göstərdiyi sferada bir kəlmə belə qeyd yoxdur. "Azərsu" ASC yağış sularının axıdılmasına məsul qurum deyil:"Şəhəri yağış suyu basan kimi hamı bizim qurumu günahkar görür. Amma yağış sularının idarəolunması bizim qurumun səlahiyyətində deyil. Bizim kanalizasiya kollektorları hansı həcmdə su götürə bilirsə, biz o qədər suyun daşınmasını təmin edirik. "Su təchizatı və tullantı suları haqqında" qanunun 39-cu maddəsində "Kanalizasiya sisteminə axıdılmanın (atılmanın) qadağan edilməsi" barədə bənd var. Bu maddədə ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən nələrin axıdılmasının (atılması) qadağan olduğu qeyd olunub. Həmin bəndlərdən biri də yağış sularıdır. Qanunda da göstərilir ki, yağış sularının kanalizasiyaya axıdılması qadağandır. Amma bu gün paytaxtda ayrıca yağış xətləri olmadığından, yağış suları da kanalizasiya xətlərinə axıdılır".Yollarda yağış xətləri inşa olunmurNəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağış yağan kimi yolları su basmasının, nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşməsinin səbəbi yollar təmir olunarkən yağış xətlərinin çəkilməməsidir: "Yollar çəkilərkən yağış xətləri qoyulmur. Yollarda gölməçələrinin yaranma səbəblərindən biri də budur. Bəzən kanalizasiyalar qurulur, küçə təmir edilir, amma yağışın axması üçün luklar qoyulmur. Nəticədə yolları su basır, nəqliyyatın hərəkəti iflic olur".Ekspert bildirib ki, yağışlı havada aavtomobillərin sürət həddi də azalır. Buna səbəb isə yağış yağan kimi yollarda gölməcələrin yaranmasıdır. O, bildirir ki, bu səbəbdən avtomobillər sürəti azaldır.Bununla belə E. Cəfərov deyir ki, bu yollarda sıxlığın yaranmasının bir səbəbidir. Onun sözlərinə görə, Bakıda istismar olunan avtomobillərin çoxu yararsız avtomobillərdir. Həmçinin naşı sürücülər çoxdur. Ona görə də ekspert deyir ki, yollarda yağışlı hava şəraitində tez-tez kiçik qəzalar baş verir, köhnə avtomobillər xarab olur. Həmsöhbətimizin fikrincə bütün bunların səbəbi, Bakı şəhərində ictimai nəqliyyat normal qaydada çalışmamasıdır: " İctimai nəqliyyat yaxşı işləmədiyindən, insanlar köhnə avtomobillə və taksi ilə gedib-gəlməyə məcbur edir. Bu da yollarda sıxlığı artırır".E.Cəfərovun fikrincə, Bakıda əhali sayının artmasının tıxaclarla o qədər də əlaqəsi yoxdur: " Bütün dünyada urbanizasiya problemi sürətlənib. Bu gün Azərbaycanda da bu proses gedir. Şəhərlərdə əhali sayının artımı tıxaclara səbəb olmamalıdır. Bakıdan qat-qat əhali sayı çox olar şəhərlər var. Amma orada ictimai nəqliyyat çoxşaxəlidir. İctimai nəqliyyat yaxşı işləyir. Yeraltı nəqliyyatdan daha çox istifadə edilir. Bakıda isə ümid avtobuslaradır. Onlar tıxacda qalan kimi, ictimai nəqliyyatın işi iflic olur, sərnişinlər yollarda qalır. Bakı şəhərində tramvay xəttinin ləğv olunması bu gün tıxaclara səbəb olan əsas amillərdəndir".Bakının kanalizasiya sistemi yenilənməlidirMemar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlanmasında bildirib ki, Bakı şəhərində suötürücü və kanalizasiya sistemləri, su drenajları paytaxtın hazırki vəziyyətinə hesablanmayıb. Memar bildirir ki, mövcud kanalizasiya sistemləri yağış sularının öhdəsindən gələ, daşıya bilmir: "Ona görə də Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Bakının yeni Baş Planında bu problem öz həllini tapmalıdır. Elə yağışlı ölkələr var ki, avtomobillərin hərəkəti adi günlərdəki kimi davam edir. Bakıda isə yağışın yarım saat intensiv yağması kifayətdir ki, küçələrdə su dizə çıxsın".Həmsöhbətimiz deyir ki, vaxtıilə hazırlanan Bakının Baş Planında bu məqamlar nəzərə alınıb: "Amma Bakının o vaxt hazırlanan Baş Planda Bakı belə böyüməmişdi. Ona görə də paytaxtın mövcud vəziyyəti yenidən qiymətləndirilib,kanalizasiya sistemi yenilənməlidir".Bakının su-kanalizasiya sistemi modernləşdiriləcəkDövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, Bakı şəhərinin Baş Planı çərçivəsində şəhərin kanalizasiya şəbəkəsinin imkanlarının artırılması və modernləşdirilməsi nəzərdə tutulur. Bu "Bakı şəhərinin Baş Planı 2040" sənədində öz əksini tapıb. Qeyd olunur ki, bu təkliflər müvafiq yerli qurumlarla sıx əməkdaşlıq çərçivəsində hazırlanaraq, əsasən, aşağıdakı tədbirləri əhatə edir. Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır. Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək. Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaqdır.Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli mətbuata açıqlamasında bildirmişdi ki, Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur: "Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/10/425479648_119:0:2850:2048_1920x0_80_0_0_c08323f1f8d72e999fb68e4bbc4d9a40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yağış, anar cəbrayıllı
"Bakının dərdi var, Bakı xəstədir", yaxud yağışın dərdini kimə söyləməli?!
Ekspertlər vəziyyətdən çıxış yolunu yağış xətlərinin çəkilməsində, kanalizasiya xətlərinin yağış xətlərindən ayrılmasında görürlər.
BAKI, 8 sentyabr — Sputnik. Bu günlərdə paytaxtın küçə və prospektlərinin yağış sularına təslim olması nəticəsində nəqliyyatın hərəkəti iflic oldu. Uzun tıxacların yaranması ictimai nəqliyyatın da işinə təsirsiz ötüşmədi. Tıxac səbəbindən avtobusların hərəkətində yaranmış uzunmüddətli gecikmələr, Bakı sakinlərini evə yağışlı gündə piyada getmək məcburiyyətində qoydu. Hətta bu vəziyyət taksilərdə də qiymət artımına səbəb oldu.
Taksilər tıxacda qaldığından taksi şirkətləri qiyməti bahalaşdırdılar. Bir sözlə, yağan yağış Bakıda aidiyyatı qurumların payız-qış mövsümünə hazır olmadıqlarını bir daha üzə çıxartdı. Qeyd edək ki, Bakıda bu mənzərə hər dəfə yağış yağan kimi təkrarlanır. Bəs görəsən Bakının bu problemi nə vaxt aradan qaldırılacaq?
Yağış suları da kanalizasiyalara axıdılır
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında söyləyib ki, avqust ayından başlayaraq qışa hazırlıq çərçivəsində kananalizasiya kollektorlarının, xətlərinin, baxış quyularının, yağış barmaqcıqlarının yuyulub təmizlənməsi işləri həyata keçirilib.
A.Cəbrayıllı bildirir ki, yağışın yağması və kanalizasiya kollektorlarının eyni anda bu həcmdə suyu daşıya bilməməsi səbəbindən yollarda su basma halları baş verir. Yağış yağan kimi küçələri su basmasının səbəbi, yağış sularının axıdılması üçün ayrıca sistemin olmamasıdır. Qurumun sözçüsü deyir ki, Bakıda kanalizasiya kimi istifadə edilən xətlər həm də yağış sularının axıdılması üçün istifadə olunur.
Kanalizasiya kollektorlarının böyük əksəriyyəti isə 1970-1980-cı illərdə Böyük Bakının kanalizasiya layihəsi çərçivəsində inşa olunub. Ondan sonra Bakı inkişaf edib, paytaxtın mərkəzində çoxlu sayda göydələnlər inşa olunub. Həmin binaların da hamısının tullantı, təsərrüfat suları bu xəttə axıdılır. İntensiv yağıntılar zamanı isə bu xətt eyni anda həm kanalizasiya, həmçinin də yağış sularını daşımaq iqtidarında olmur. Bu gün Bakı şəhərində yaranan subasmanın da əsas səbəbi budur.
Anar Cəbrayıllının sözlərinə görə, yağış sularının idarəolunması barədə "Azərsu" ASC-nin nizamnaməsində və xidmət göstərdiyi sferada bir kəlmə belə qeyd yoxdur. "Azərsu" ASC yağış sularının axıdılmasına məsul qurum deyil:
"Şəhəri yağış suyu basan kimi hamı bizim qurumu günahkar görür. Amma yağış sularının idarəolunması bizim qurumun səlahiyyətində deyil. Bizim kanalizasiya kollektorları hansı həcmdə su götürə bilirsə, biz o qədər suyun daşınmasını təmin edirik. "Su təchizatı və tullantı suları haqqında" qanunun 39-cu maddəsində "Kanalizasiya sisteminə axıdılmanın (atılmanın) qadağan edilməsi" barədə bənd var. Bu maddədə ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən nələrin axıdılmasının (atılması) qadağan olduğu qeyd olunub. Həmin bəndlərdən biri də yağış sularıdır. Qanunda da göstərilir ki, yağış sularının kanalizasiyaya axıdılması qadağandır. Amma bu gün paytaxtda ayrıca yağış xətləri olmadığından, yağış suları da kanalizasiya xətlərinə axıdılır".
Yollarda yağış xətləri inşa olunmur
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağış yağan kimi yolları su basmasının, nəqliyyatın hərəkətinin iflic vəziyyətə düşməsinin səbəbi yollar təmir olunarkən yağış xətlərinin çəkilməməsidir: "Yollar çəkilərkən yağış xətləri qoyulmur. Yollarda gölməçələrinin yaranma səbəblərindən biri də budur. Bəzən kanalizasiyalar qurulur, küçə təmir edilir, amma yağışın axması üçün luklar qoyulmur. Nəticədə yolları su basır, nəqliyyatın hərəkəti iflic olur".
Ekspert bildirib ki, yağışlı havada aavtomobillərin sürət həddi də azalır. Buna səbəb isə yağış yağan kimi yollarda gölməcələrin yaranmasıdır. O, bildirir ki, bu səbəbdən avtomobillər sürəti azaldır.
Bununla belə E. Cəfərov deyir ki, bu yollarda sıxlığın yaranmasının bir səbəbidir. Onun sözlərinə görə, Bakıda istismar olunan avtomobillərin çoxu yararsız avtomobillərdir. Həmçinin naşı sürücülər çoxdur. Ona görə də ekspert deyir ki, yollarda yağışlı hava şəraitində tez-tez kiçik qəzalar baş verir, köhnə avtomobillər xarab olur. Həmsöhbətimizin fikrincə bütün bunların səbəbi, Bakı şəhərində ictimai nəqliyyat normal qaydada çalışmamasıdır: " İctimai nəqliyyat yaxşı işləmədiyindən, insanlar köhnə avtomobillə və taksi ilə gedib-gəlməyə məcbur edir. Bu da yollarda sıxlığı artırır".
E.Cəfərovun fikrincə, Bakıda əhali sayının artmasının tıxaclarla o qədər də əlaqəsi yoxdur: " Bütün dünyada urbanizasiya problemi sürətlənib. Bu gün Azərbaycanda da bu proses gedir. Şəhərlərdə əhali sayının artımı tıxaclara səbəb olmamalıdır. Bakıdan qat-qat əhali sayı çox olar şəhərlər var. Amma orada ictimai nəqliyyat çoxşaxəlidir. İctimai nəqliyyat yaxşı işləyir. Yeraltı nəqliyyatdan daha çox istifadə edilir. Bakıda isə ümid avtobuslaradır. Onlar tıxacda qalan kimi, ictimai nəqliyyatın işi iflic olur, sərnişinlər yollarda qalır. Bakı şəhərində tramvay xəttinin ləğv olunması bu gün tıxaclara səbəb olan əsas amillərdəndir".
Bakının kanalizasiya sistemi yenilənməlidir
Memar Cahid Həsənov Sputnik Azərbaycan-a açıqlanmasında bildirib ki, Bakı şəhərində suötürücü və kanalizasiya sistemləri, su drenajları paytaxtın hazırki vəziyyətinə hesablanmayıb. Memar bildirir ki, mövcud kanalizasiya sistemləri yağış sularının öhdəsindən gələ, daşıya bilmir: "Ona görə də Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Bakının yeni Baş Planında bu problem öz həllini tapmalıdır. Elə yağışlı ölkələr var ki, avtomobillərin hərəkəti adi günlərdəki kimi davam edir. Bakıda isə yağışın yarım saat intensiv yağması kifayətdir ki, küçələrdə su dizə çıxsın".
Həmsöhbətimiz deyir ki, vaxtıilə hazırlanan Bakının Baş Planında bu məqamlar nəzərə alınıb: "Amma Bakının o vaxt hazırlanan Baş Planda Bakı belə böyüməmişdi. Ona görə də paytaxtın mövcud vəziyyəti yenidən qiymətləndirilib,kanalizasiya sistemi yenilənməlidir".
Bakının su-kanalizasiya sistemi modernləşdiriləcək
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirdilər ki, Bakı şəhərinin Baş Planı çərçivəsində şəhərin kanalizasiya şəbəkəsinin imkanlarının artırılması və modernləşdirilməsi nəzərdə tutulur. Bu "Bakı şəhərinin Baş Planı 2040" sənədində öz əksini tapıb. Qeyd olunur ki, bu təkliflər müvafiq yerli qurumlarla sıx əməkdaşlıq çərçivəsində hazırlanaraq, əsasən, aşağıdakı tədbirləri əhatə edir.
Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 70%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur və tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır. Kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğuların inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək. Yerlərdə emal edilərək təmizlənmiş tullantı suları Böyükşor, Bülbülə, Xocahəsən və Zığ göllərini qidalandıraraq su hövzələrinin balansını etibarlı hədlərdə qorumaqla yanaşı texniki məqsədlər, ətraf ərazilərin suvarılması və yaşıllaşdırılması üçün il ərzində 145 milyon m3-ə qədər həcmdə əlavə texniki su hasil etmək imkanına malik olacaqdır.
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli mətbuata açıqlamasında bildirmişdi ki, Baş Plan çərçivəsində yaşayış komplekslərinin 85 faizinin tamamilə kanalizasiya şəbəkəsi ilə təmin olunması nəzərdə tutulur:
"Bunun ətrafında müxtəlif tədbir və hədəflər irəli sürülüb. Bu hədəflərə kanalizasiya şəbəkəsinin yağış kanalizasiya sistemindən ayrılması, suyun təkrar istifadə edilməsi, dənizə birbaşa çirkli suların axıdılması kimi halların qarşısının alınması da daxildir".