https://sputnik.az/20220908/azerbaycana-qar-yagib-445826522.html
Azərbaycana qar yağıb
Azərbaycana qar yağıb
Sputnik Azərbaycan
Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ... 08.09.2022, Sputnik Azərbaycan
2022-09-08T15:34+0400
2022-09-08T15:34+0400
2022-09-08T15:34+0400
qar
cəmiyyət
hava
şahdağ
https://cdnn1.img.sputnik.az/img/07e6/09/08/445826268_0:63:1201:738_1920x0_80_0_0_34fcfacc4c33b84705d443b5e2ee14d8.jpg
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Qeyd olunub ki, Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.Xatırladaq ki, bu ilin iyul ayında da Şahdağda 1 sm-lik qar örtüyü müşahidə edilmişdi.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/08/445826268_66:0:1133:800_1920x0_80_0_0_6bda12972728c915931b91bbe045c076.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qar, hava, şahdağ
Azərbaycana qar yağıb
Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, Şahdağ Hidrometeoroloji stansiyasının məlumatına əsasən, soyuq atmosfer cəbhəsinin ölkə ərazisinə daxil olması nəticəsində gecə saatlarında Bazardüzü, Şahdağ, Tufandağ ərazilərində 3500 m yüksəkliklərə qar yağıb.
Xatırladaq ki, bu ilin iyul ayında da Şahdağda 1 sm-lik qar örtüyü müşahidə edilmişdi.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.