https://sputnik.az/20220908/ayna-nin-nizamname-fondu-6-milyon-manata-yaxin-olacaq-445839426.html
AYNA-nın nizamnamə fondu 6 milyon manata yaxın olacaq
AYNA-nın nizamnamə fondu 6 milyon manata yaxın olacaq
Sputnik Azərbaycan
Nazirlər Kabineti AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların... 08.09.2022, Sputnik Azərbaycan
2022-09-08T18:56+0400
2022-09-08T18:56+0400
2022-09-08T18:57+0400
ayna
cəmiyyət
yerüstü nəqliyyat agentliyi
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 8 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətinin təmin edilməsi və "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 20 iyul 2011-ci il tarixli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 7 dekabr 2015-ci il tarixli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 25 yanvar 2016-cı il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmana əsasən AYNA-nın nizamnaməsi təsdiq edilib.Onun nizamnamə fondu 5 642 390 manat müəyyən edilib və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.Nazirlər Kabineti AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ayna, yerüstü nəqliyyat agentliyi
ayna, yerüstü nəqliyyat agentliyi
AYNA-nın nizamnamə fondu 6 milyon manata yaxın olacaq
18:56 08.09.2022 (Yenilənib: 18:57 08.09.2022) Nazirlər Kabineti AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir
BAKI, 8 sentyabr — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətinin təmin edilməsi və "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 20 iyul 2011-ci il tarixli, "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 7 dekabr 2015-ci il tarixli və "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 25 yanvar 2016-cı il tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən AYNA-nın nizamnaməsi təsdiq edilib.
Onun nizamnamə fondu 5 642 390 manat müəyyən edilib və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Nazirlər Kabineti AYNA-nın nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını dövlət başçısı ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.