https://sputnik.az/20220907/yirmi-uc-tondan-cox-toyuq-ayagi-mehv-edilib---aqta-445787882.html
İyirmi üç tondan çox toyuq ayağı məhv edilib - AQTA
İyirmi üç tondan çox toyuq ayağı məhv edilib - AQTA
Sputnik Azərbaycan
Dondurulmuş toyuq ayaqlarının Belarusa ixrac edilməsi nəzərdə tutulurdu 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T18:25+0400
2022-09-07T18:25+0400
2022-09-07T18:25+0400
toyuq
cəmiyyət
aqta
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664111_0:0:3140:1767_1920x0_80_0_0_5342b590141f87f3035db41e567cc369.jpg
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Belarusa göndərilməsi planlaşdırılan 23 tondan çox toyuq ayağını məhv edib.Bu barədə AQTA-dan məlumat verilib.Bildirilib ki, AQTA istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.Belarusa ixrac üçün nəzərdə tutulmuş "Sunaz" MMC-yə məxsus dondurulmuş toyuq ayaqlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitununun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsullarda salmonella aşkar edilib. Faktla bağlı məhsulların məhv edilməsi barədə qərar qəbul olunub, ümumi çəkisi 23100 kq məhsul "Təhlükəli Tullantılar" MMC-nin tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/05/441664111_332:0:3063:2048_1920x0_80_0_0_d72822462c7ae5d471a3eea36c509ec7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toyuq, aqta
İyirmi üç tondan çox toyuq ayağı məhv edilib - AQTA
Dondurulmuş toyuq ayaqlarının Belarusa ixrac edilməsi nəzərdə tutulurdu
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Belarusa göndərilməsi planlaşdırılan 23 tondan çox toyuq ayağını məhv edib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, AQTA istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Belarusa ixrac üçün nəzərdə tutulmuş "Sunaz" MMC-yə məxsus dondurulmuş toyuq ayaqlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitununun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində məhsullarda salmonella aşkar edilib. Faktla bağlı məhsulların məhv edilməsi barədə qərar qəbul olunub, ümumi çəkisi 23100 kq məhsul "Təhlükəli Tullantılar" MMC-nin tullantıların zərərləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.