https://sputnik.az/20220907/seckilerde-ardicil-olaraq-iki-defe-istirak-etmeyen-siyasi-partiyalar-legv-edilecek-445803594.html
Seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyalar ləğv ediləcək
Seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyalar ləğv ediləcək
Sputnik Azərbaycan
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T17:32+0400
2022-09-07T17:32+0400
2022-09-07T17:41+0400
siyasi
siyasət
partiya
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 7 sentyabr — Sputnik. Siyasi partiyanın hansı hallarda ləğv ediləcəyi müəyyənləşir.Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində əksini tapıb.Layihəyə əsasən, siyasi partiya bu qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:- siyasi partiya bu qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda;- bu qanunda nəzərdə tutulmuş hallarda;- fəaliyyəti dayandırılmış siyasi partiya bu qanunun tələblərini pozduqda;- Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə.Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında İnzibati Prosessual Məcəlləyə uyğun olaraq qəbul edilir.Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Mülki Məcəllə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanun ilə tənzimlənir.Xatırladaq ki, bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyasi, partiya
Seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyalar ləğv ediləcək
17:32 07.09.2022 (Yenilənib: 17:41 07.09.2022) “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək
BAKI, 7 sentyabr — Sputnik. Siyasi partiyanın hansı hallarda ləğv ediləcəyi müəyyənləşir.
Bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, siyasi partiya bu qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər.
Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın qurultayının qərarı siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmuş qaydada qəbul edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) aşağıdakı hallarda siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırır:
- siyasi partiya bu qanunun 4.3-cü maddəsinin tələblərini pozduqda;
- bu qanunda nəzərdə tutulmuş hallarda;
- fəaliyyəti dayandırılmış siyasi partiya bu qanunun tələblərini pozduqda;
- Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə.
Siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsinin qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında İnzibati Prosessual Məcəlləyə uyğun olaraq qəbul edilir.
Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.
Siyasi partiyanın ləğvi ilə bağlı digər məsələlər Mülki Məcəllə və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanun ilə tənzimlənir.
Xatırladaq ki, bu qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək.