https://sputnik.az/20220907/nazirden-mektebli-formasi-ile-bagli-aciqlama-445796415.html
Nazirdən məktəbli forması ilə bağlı açıqlama
Nazirdən məktəbli forması ilə bağlı açıqlama
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, məktəbli formaları ilə bağlı məcburiyyət olarsa, valideynlər təhsil idarələrinə müraciət edə bilərlər. 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T16:23+0400
2022-09-07T16:23+0400
2022-09-07T16:35+0400
məktəbli forması
təhsil
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069211_0:0:3072:1728_1920x0_80_0_0_1a6cfc4148451d48a2065ce740d8c870.jpg
BAKI, 7 sentyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məktəbli formaları ilə bağlı valideynlərin narazılığına münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı gərginlik var. E.Əmrullayev deyib ki, bu, məlumatsızlıq ucbatından, bəzən də valideynlərin düzgün ünvanlara müraciət etməmələri səbəbindən baş verir".Onun sözlərinə görə, nazirlik məktəbli formalarının satışı və tikişi ilə məşğul olan qurum deyil: "Biz yalnız həmin formaların nümunəvi qaydada olmasına nəzarət edirik. Təbii ki, burada məcburiyyət yoxdur. Bu, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Ümumilikdə, vahid geyim formalarının olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı və faktı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Bu halda məsələyə baxıla və ölçü götürülə bilər".Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı "Bravo" marketlərdə də satışa çıxarılır.Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan "Bravo" mağazalarının önündə uzun növbə yaranıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069211_227:0:2958:2048_1920x0_80_0_0_5cc6d5f9858595c87abae4d7d3551296.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəbli forması
Nazirdən məktəbli forması ilə bağlı açıqlama
16:23 07.09.2022 (Yenilənib: 16:35 07.09.2022) Emin Əmrullayev bildirib ki, məktəbli formaları ilə bağlı məcburiyyət olarsa, valideynlər təhsil idarələrinə müraciət edə bilərlər.
BAKI, 7 sentyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məktəbli formaları ilə bağlı valideynlərin narazılığına münasibət bildirib. Nazir jurnalistlərə açıqlamasında bildirib ki, yeni məktəbli formaları ilə bağlı gərginlik var. E.Əmrullayev deyib ki, bu, məlumatsızlıq ucbatından, bəzən də valideynlərin düzgün ünvanlara müraciət etməmələri səbəbindən baş verir".
Onun sözlərinə görə, nazirlik məktəbli formalarının satışı və tikişi ilə məşğul olan qurum deyil: "Biz yalnız həmin formaların nümunəvi qaydada olmasına nəzarət edirik. Təbii ki, burada məcburiyyət yoxdur. Bu, məktəb kollektivi və təhsil ocağının qərarı olmalıdır. Ümumilikdə, vahid geyim formalarının olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı və faktı olsa, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də regional təhsil idarələrinə müraciət edilsin. Bu halda məsələyə baxıla və ölçü götürülə bilər".
Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı "Bravo" marketlərdə də satışa çıxarılır.
Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.
Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan "Bravo" mağazalarının önündə uzun növbə yaranıb.