CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günəş panelləri almaq sərfəlidirmi? - Bazarda vəziyyət

© AFP 2024 / JEAN-FRANCOIS MONIERGünəş panelləri
Günəş panelləri - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Şirkət rəsmisi bildiri ki, Günəş panelləri ilə maraqlananlar çox olsa da, bazarda real alıcı sayı azdır.
BAKI, 7 sentyabr — Sputnik. Artıq bir müddətdir ki, Azərbaycanda da Günəş panellərinin və Günəşdən alınan enerjinin elektrik enerjisinə çevrilməsini təşkil edən qurğuların satışı həyata çevrilir.
Maraqlıdır, hazırda bu bazarda vəziyyət necədir?
"Helind Energy" MMC şirkətinin rəsmisi Kamil Məmmədov deyir ki, hazırda Azərbayanda Günəş panellərindən ən çox kənd təsərrüfatında, fermalarda istifadə olunur. Bu panellərdən tədricən evlərdə də quraşdırılmağa başlanılıb. Panellərin qiyməti elektrik sərfiyyatından asılı olaraq dəyişir. Yəni, bir panel özlüyündə yararsız bir qurğudur. Lakin sistemlə birgə o yararlıdır. Sistemin növündən asılı olaraq o ya iki, ya da dörd qurğudan ibarət olur. Sistemlər özləri isə 3 növ olur: "on grid", "off grid", hibrid.
Şirkət rəsmisi bildirir ki, "On grid" akkumlyatorsuz sistemdir. Burada yalnız panel və invert - yəni enerjiçevirici olur:
""On grid" yalnız şəbəkə olan ərazidə qoşulur: "Off grid"də isə panel, kontrol, akkumlyator və invert. Bu isə şəbəkə olmayan ərazilərdə qoşulur. Digəri - hibrid sisteminə Günəş paneli, külək durbini, şəbəkəni, generatoru qoşmaq mümkündür. Gələcəkdə "yaşıl tarif" olduğu halda artıq vətəndaş enerjini dövlətə də sata biləcək. Hazırda stansiya formasında bunu dövlətə satmq mümkündür, lakin qiyməti aşağı olduğundan rentabelli deyil. Hazırda fərdi evləri olan şəxslər enerjini dövlətə sata bilmir".
O həmçinin bildirir ki, sistemdən asılı olaraq qiymətlər dəyişdiyi üçün vahid bir qiymət hesablayıb demək mümkünsüzdür. Sistemin gücündən asılı olaraq qiymətlər dəyişir:
"Ümumi olaraq demək olar ki, bu sistemlərdən ən ucuzu "on grid", daha sonra isə "off grid"dir".
Həmsöhbətimiz qeyd edir ki, kənd təsərrüfatını çıxmaq şərti ilə Günəş panellərinə tələbat çox azdır. Bunun da əsas səbəbi elekrtik enerjisi qiymətlərinin sistemin özünün xərci ilə müqayisədə daha az olmaısıdır:

"Elektrik şəbəkəsinin qiymətləri alternativ enerji qiymtələrindən 1 kilovatta görə daha azdır. Məsələn, şəxs aylıq olaraq işıq üçün 25 manat ödəyir. Bunu kilovatta çevirsək, 300 kilovatt hesablanacaq. Müqayisə etsək, görərik ki, məhsulun qiyməti yüksəkdir".

Onun sözlərinə görə, ölkə üzrə panellərin ortalama qiyməti hər 1 vatt üçün 1 manatdır. Amma bu sistemin qiyməti deyil:
Servis varmı?
Şirkət rəsmisi bildirir ki, satılan bu məhsulların hər birinə görə servis var. Məhsullar əsasən Çin, Türkiyə, Tayvan və digər ölkələrdən idxal edilir.
Panellər harada quraşdırıla bilər
K.Məmmədovun sözlərinə görə, bu məhsullar istənilən yerlərdə, hündürmərtəbəli tikililərdə, fərdi evlərdə, kənd təsərrüfatlarında və sair yerlərdə quraşdırıla bilər.
"Provitaz" şirkətinin rəsmisi Emin Məmmədov isə bildirir ki, qiymətlərlə bağlı individual yanaşmalar var:

"Layihədən asılı olaraq qiymətlər dəyişə bilir. Lakin qeyd edim ki, bizə müraciətlər çox olsa da, alıcıların sayı azdır".

İnvertorlara (Günəş elerjisini elektrik enerjisinə çevirən qurğu) gəldikdə, həmsöhbətimiz bildirir ki, bunlar arasında qiyməti 100 manat olan da, 30 min manat olan da var.
Qeyd edək ki, müxtəlif elan saytlarında Günəş panellərinin qiyməti ölçüsünə görə hətta 12 manatdan başlayanlar da var.
Xəbər lenti
0