https://sputnik.az/20220907/dovlet-xetti-ile-kiraye-menzil-mexanizmi-regionlarda-da-tetbiq-oluna-biler-445744173.html
Dövlət xətti ilə kirayə mənzil mexanizmi regionlarda da tətbiq oluna bilər
Dövlət xətti ilə kirayə mənzil mexanizmi regionlarda da tətbiq oluna bilər
Sputnik Azərbaycan
Potensial tələb olsa, regionlarda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur. 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T23:52+0400
2022-09-07T23:52+0400
2022-09-07T23:52+0400
kirayə mənzil
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40966/17/409661733_0:100:1921:1180_1920x0_80_0_0_5ff1111e02ec95be64df72f783bb42f0.jpg
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanın regionlarında yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur.Bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov bildirib.O deyib ki, mənzil fondu vətəndaşların təklif və istəkləri nəzərə alınmaqla formalaşdırılır: "Əhalinin tələbi əsasında mütəmadi olaraq kirayə mənzillərin siyahısı genişləndirilir. Potensial tələb olsa, regionlarda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur"."Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin xüsusiyyətlərinin hərtərəfli təhlili hazırda ölkədə tətbiq olunan mexanizmin ilk növbədə əhalinin maraqlarına xidmət etdiyini və mexanizm çərçivəsində bağlanılan müqavilələrin davamlı artacağını əminliklə söyləməyə imkan verir", - deyə o bildirib (Report).Qeyd edək ki, ümumilikdə, bu günə qədər Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 2,2 milyard manatı keçib, 40 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdırıb. Kreditlərin təxminən 34%-i güzəştli kateqoriyalara aid şəxslərə, 68%-i isə gənclərə və gənc ailələrə verilib. Regionlarda verilən kreditlərin payı 22% təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40966/17/409661733_106:0:1813:1280_1920x0_80_0_0_b3177b144dd0fe5bbeb3e11b0a89a2f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kirayə mənzil
Dövlət xətti ilə kirayə mənzil mexanizmi regionlarda da tətbiq oluna bilər
Potensial tələb olsa, regionlarda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur.
BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanın regionlarında yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur.
Bunu İpoteka və Kredit Zəmanət Fondunun Baş direktoru İlham Kələşov bildirib.
O deyib ki, mənzil fondu vətəndaşların təklif və istəkləri nəzərə alınmaqla formalaşdırılır:
"Əhalinin tələbi əsasında mütəmadi olaraq kirayə mənzillərin siyahısı genişləndirilir. Potensial tələb olsa, regionlarda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur".
"Satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin xüsusiyyətlərinin hərtərəfli təhlili hazırda ölkədə tətbiq olunan mexanizmin ilk növbədə əhalinin maraqlarına xidmət etdiyini və mexanizm çərçivəsində bağlanılan müqavilələrin davamlı artacağını əminliklə söyləməyə imkan verir", - deyə o bildirib (Report).
Qeyd edək ki, ümumilikdə, bu günə qədər Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 2,2 milyard manatı keçib, 40 mindən çox ailə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdırıb. Kreditlərin təxminən 34%-i güzəştli kateqoriyalara aid şəxslərə, 68%-i isə gənclərə və gənc ailələrə verilib. Regionlarda verilən kreditlərin payı 22% təşkil edib.