https://sputnik.az/20220907/bakida-buraxilis-imtahanlarinda-zeif-netice-gosteren-rayonlarin-adi-aciqlandi-445786150.html
Bakıda buraxılış imtahanlarında zəif nəticə göstərən rayonların adı açıqlandı
Bakıda buraxılış imtahanlarında zəif nəticə göstərən rayonların adı açıqlandı
Sputnik Azərbaycan
Mehriban Vəliyeva işdən çıxarılan məktəb direktorları ilə bağlı açıqlama verib. 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T12:57+0400
2022-09-07T12:57+0400
2022-09-07T12:57+0400
imtahan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512348_0:157:3081:1890_1920x0_80_0_0_cf4f3c7b3bbca350b7da060b88053ab1.jpg
BAKI, 7 sentyabr — Sputnik. Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub: "4 rayonda məktəbin nəricələri aşağı olub. Bura Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".Mehriban Vəliyeva həmçinin qeyd edib ki, ötən tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.O bildirib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvü olub. 113 direktor müavini və 2550 müəllim işə götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512348_174:0:2905:2048_1920x0_80_0_0_8b7492c30c78e80c4c93efabfb6c3142.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
imtahan
Bakıda buraxılış imtahanlarında zəif nəticə göstərən rayonların adı açıqlandı
Mehriban Vəliyeva işdən çıxarılan məktəb direktorları ilə bağlı açıqlama verib.
BAKI, 7 sentyabr — Sputnik. Bakıda hansı rayonların buraxılış imtahanlarında zəif nəticə göstərdiyi açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, IX siniflərin buraxılış imtahanlarında riyaziyyat və xarici dildə geriləmə müşahidə olunub: "4 rayonda məktəbin nəricələri aşağı olub. Bura Sabunçu, Qaradağ, Xəzər və Pirallahı aiddir. Yeni tədris ilində əsas diqqətləri məhz həmin məktəblərə yönəldəcəyik".
Mehriban Vəliyeva həmçinin qeyd edib ki, ötən tədris ilində Bakı məktəblərində 11 direktor işdən çıxarılıb, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib. Bu dövrdə 56 direktor müavini işdən çıxarılıb, 10-na xəbərdarlıq edilib.
O bildirib ki, ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. Onlardan biri şəhid və ya qazi ailələrinin üzvü olub. 113 direktor müavini və 2550 müəllim işə götürülüb.