SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın Minsk Qrupundakı yeni həmsədri regiona səfər edəcək

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidATƏT üzvü, arxiv şəkli
ATƏT üzvü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu, Rikerin həmsədr statusunda Cənubi Qafqaza ilk səfəridir.
BAKI, 7 sentyabr — Sputnik. ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri, ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib.
Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, bu, Rikerin həmsədr statusunda Cənubi Qafqaza ilk səfəridir. Patel bölgəyə səfərlərin müntəzəm olacağına ümid etdiyini bildirib.
"Səfər çərçivəsində Riker Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. O, bu üç ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirərək, regiondakı əsas məsələləri və əməkdaşlığı müzakirə edəcək", - Patel vurğulayıb.
Bundan əvvəl həmsədr vəzifəsini Endryu Şofer tutub. Dövlət Departamenti əvəzləmənin səbəbləri barədə məlumat verməyib.
Xatırladaq ki, bu ilin iyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib ki, artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq.
Xəbər lenti
0