Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

13 yaşlı ananın və övladının vəziyyəti açıqlandı - Rəsmi

© AP Photo / Fernando AntonioYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Kəmalə Ağazadə 13 yaşlı qıza təcavüz olunduğunu, onun təcavüz nəticəsində uşaq dünyaya gətirdiyini bildirib.
BAKI, 7 sentyabr — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda 13 yaşında ana olan qızın vəziyyəti ilə bağlı məlumat yayıb.
Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Sabunçu rayonundan ev şəraitində doğuş hadisəsinin baş verməsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Məlumatda qeyd olunub ki, çağırış ötən gün saat 13:30 radələrində edilib. Təcili tibbi yardım briqadası tərəfindən 2009-cu il təvəllüdlü anaya doğuş sonrası ağırlaşmanın qarşısını almaq məqsədilə ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili vasitəsilə yenidoğulmuş oğlan uşağı və zahı qadın TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna hospitalizasiya olunub.
Hazırda ana və uşağın vəziyyəti stabildir, tibb müəssisəsində müalicələri davam etdirilir. Uşağın çəkisi 3600 qramdır.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xatırladaq ki, bu barədə "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə məlumat verib. K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb. Məlumatlara görə, anası və nənəsi qızdan imtina ediblər.
Qeyd edək ki, bundan bir müddət əvvəl isə Azərbaycanda 11 yaşlı uşaq ana olub. O, 31 həftəlik hamiləliklə Respublika Klinik Xəstəxanasına gətirilib. Uşaq qeysəriyyə əməliyyatı ilə götürülüb və ana reanimasiyaya, uşaq isə neonotologiya şöbəsinə yerləşdirilib.
Xəbər lenti
0