Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə nəyi müzakirə edib?

© AR Ministry of DefenceAzərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
"ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.
BAKI, 6 sentyabr — Sputnik. Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX-2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.
© AR Ministry of DefenceAzərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
Tərəflər birgə hərbi təlimlərdə texnoloji innovasiyalardan istifadə edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.
"ADEX-2022"
Azərbaycan Beynəlxalq Müdafiə sərgisi "ADEX-2022" sentyabrın 6-dan 8-dək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində "ADEX" keçiriləcək.
26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək "ADEX" Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur.
İlk dəfə İordaniyadan olan şirkətlərin də qatıldığı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edirlər.
Qeyd edək ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək "ADEX" sərgisi müzəffər ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.
Xəbər lenti
0