Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tamamilə süni intellektin köməyi ilə yaradılacaq filmin çəkilişlərinə başlanılıb

© AFP 2024 / STRrobot
robot - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Film DALL-E 2", "Stable Diffusion" və "Midjourney" kimi ictimai istifadə üçün mövcud olan bir sıra neyron şəbəkələr vasitəsilə yaradılacaq
BAKI, 6 sentyabr — Sputnik. Almaniyalı həvəskar Fabian Stelçer tamamilə süni intellekt tərəfindən yaradılacaq filmindən bir səhnəni "Twitter"də yerləşdirib. Daha dəqiq desək, "DALL-E 2", "Stable Diffusion" və "Midjourney" kimi ictimai istifadə üçün mövcud olan bir sıra neyron şəbəkələr vasitəsilə yaradılacaq filmindən. Stelçer onların arasında funksiyaları paylaşdırıb - biri şəkil çəkəcək, digəri səsləri yaradacaq, üçüncüsü xüsusi effektlərə cavabdeh olacaq və s.
Stelçerin fikrincə, dünya yeni eranın astanasındadır və o, ilk addımı atanlardan biri olmaq istəyir. Sənətin nə olduğunu yenidən düşünmək lazımdır və hər kəs üçün ən əlçatan və tanış olandan - kinodan başlamaq lazımdır. Onun düşündüyü film mahiyyətcə bir təcrübədir, həm də eyni zamanda bir neçə müstəvidə.
Birincisi, Stelçer neyron şəbəkələrinin onun ssenarisinə uyğun olaraq tam hüquqlu film yaratmağa qadir olub-olmadığını, bu cür mürəkkəblikdə olan böyük həcmli işi əhəmiyyətli qüsurlar olmadan mənimsəmək qabiliyyətini yoxlamaq istəyir. İkincisi, ssenarinin özü yoxdur, sadəcə süjetin başlanğıcı və ümumi üslub var. Ehtimal olunur ki, tamaşaçılar filmin istiqamətləndirici ipini seçə və ya tərtib edə biləcəklər, süni intellekt isə buna uyğun olaraq tam hüquqlu bir film çəkəcək.
Stelçer yaradıcılığını "Duz" adlandırıb. Burada astronavtların planetdəki qəribə maddə ilə macəralarından bəhs edlir. Müəllif filmin "rejissor versiyası"nı yaratmağa söz verir, lakin yenə də bu ideyanın tamaşaçıları ovsunlayacağına inanır və ümid edir ki, filmin müxtəlif səhnələrini həyata keçirməkdən ötrü neyron şəbəkələr üçün mətn təlimatlarını tərtib etməyə başlayacaqlar. Süni intellekt ssenarist ola bilməz, lakin o, bir insanın ideyasını son məhsul şəklində reallaşdıran mahir rejissor ola bilər.
Xəbər lenti
0