Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İran müdafiə nazirinin müavini Azərbaycana niyə gəlib?

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidİranın müdafiə naziri Əmir Hətəmi, arxiv şəkli
İranın müdafiə naziri Əmir Hətəmi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Üç günlük səfər çərçivəsində admiral Əmir Rastegarinin “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin nümayəndələri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
BAKI, 6 sentyabr — Sputnik. İran müdafiə nazirinin müavini Azərbaycana səfərə gəlib.
Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Azərbaycana üç günlük səfəri çərçivəsində admiral Əmir Rastegarinin “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin nümayəndələri ilə ikitərəfli və bir sıra görüşləri nəzərdə tutulub.
İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib ki, bu həftə Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər.
Görüşdə Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsinə də baxılacaq.
İran KİV-lərinin yazdığına görə, görüş sentyabrın 8-9-da keçiriləcək. İclasda İran, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri və İranın nəqliyyat nazirinin iştirakı gözlənilir.
Rəşt-Astara dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.
Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.
İran mətbuatı qeyd edir ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.
Bakıda keçiriləcək üçtərəfli görüş Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir.
ADEX -2022
Azərbaycan Beynəlxalq Müdafiə sərgisi "ADEX" sentyabrın 6-dan 8-dək Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində "ADEX" keçiriləcək.
26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək "ADEX" Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri təmsil olunur.
İlk dəfə İordaniyadan olan şirkətlərin də qatıldığı builki sərgidə Belarus, İran, İsrail, Qazaxstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr milli stendləri ilə iştirak edirlər.
Qeyd edək ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı zəfərdən sonra ilk dəfə keçiriləcək "ADEX" sərgisi müzəffər ordumuzun bu qələbəsində müstəsna rol oynayan müasir silahların əhəmiyyətini, ölkəmizin hərbi sənaye kompleksinin qüdrətini vurğulamaq üçün xüsusi önəm kəsb edir.
Xəbər lenti
0