https://sputnik.az/20220906/nazirlik-yeni-mektebli-formalari-ile-bagli-naraziliqlara-munasibet-bildirib-445745937.html
Nazirlik yeni məktəbli formaları ilə bağlı narazılıqlara münasibət bildirib
Nazirlik yeni məktəbli formaları ilə bağlı narazılıqlara münasibət bildirib
Sputnik Azərbaycan
Məktəbli formaları ilə bağlı valideynlərin narazılıqlarının əsassız olduğunu, köhnə məktəbli formalarının hələ qüvvədə olduğu bildirilib. 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T23:36+0400
2022-09-06T23:36+0400
2022-09-06T23:36+0400
məktəbli forması
təhsil
nazirlik
satış
bakı tikiş evi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069241_0:0:3073:1728_1920x0_80_0_0_764522646bcdde7c3823ea79b237fd39.jpg
BAKI, 6 sentyabr — Sputnik. Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlarına münasibət bildirib.Nazirlikdən cavab olaraq qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.Bildirilib ki, hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər:"Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb".Xatırladaq ki, sosial şəbəkələrdə bəzi məktəblərdə yeni geyim formasının məcburiliyi barədə məlumatlar yayılıb.Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı "Bravo" marketlərdə də satışa çıxarılır.Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan "Bravo" mağazalarının önündə uzun növbə yaranıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1b/426069241_0:0:2731:2048_1920x0_80_0_0_20d1633860565eeba94ddca68a3eab88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəbli forması, nazirlik, satış, bakı tikiş evi
məktəbli forması, nazirlik, satış, bakı tikiş evi
Nazirlik yeni məktəbli formaları ilə bağlı narazılıqlara münasibət bildirib
Məktəbli formaları ilə bağlı valideynlərin narazılıqlarının əsassız olduğunu, köhnə məktəbli formalarının hələ qüvvədə olduğu bildirilib.
BAKI, 6 sentyabr — Sputnik. Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlarına münasibət bildirib.
Nazirlikdən cavab olaraq qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.
Bildirilib ki, hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər:
"Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb".
Xatırladaq ki, sosial şəbəkələrdə bəzi məktəblərdə yeni geyim formasının məcburiliyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı "Bravo" marketlərdə də satışa çıxarılır.
Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.
Hazırda Bakı Tikiş Evinin qarşısında və məktəbli forması satılan "Bravo" mağazalarının önündə uzun növbə yaranıb.