https://sputnik.az/20220906/metbuat-surasinin-qurultayi-bu-tarixde-kecirilecek-445764192.html
Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək
Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək
Sputnik Azərbaycan
Budəfəki qurultayda Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir. 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T19:05+0400
2022-09-06T19:05+0400
2022-09-06T19:05+0400
mətbuat şurası
cəmiyyət
qurultay
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426795131_38:0:1000:541_1920x0_80_0_0_3616fadeba107776385144a2703dac35.jpg
BAKI, 6 sentyabr — Sputnik. Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub. Sputnik Azərbaycan-ın məlumatına görə, qurultay sentyabrın 24-ü keçiriləcək.Bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.Məlumat üçün bildirək ki, Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb.170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib.Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426795131_279:0:1000:541_1920x0_80_0_0_0748cf4c38329b60604f34517b8303dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
mətbuat şurası, qurultay
Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək
Budəfəki qurultayda Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.
BAKI, 6 sentyabr — Sputnik. Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub. Sputnik Azərbaycan-ın məlumatına görə, qurultay sentyabrın 24-ü keçiriləcək.
Bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.
Məlumat üçün bildirək ki, Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb.
170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib.
Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.