CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Donorlarla bağlı qaydalar təsdiqlənib

© AFP 2023 / LUIS ROBAYOqan
qan - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Transplantasiya məqsədilə donor orqanların idxalı-ixracı və digər nüanslar təsdiqlənib.
BAKI, 6 sentyabr — Sputnik. Nazirlər Kabineti "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası"nı təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etməli və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Eyni zamanda, nazirlik bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Qərar Azərbaycan ərazisində insan orqan və toxumalarının götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını müəyyən edir.
Qaydaya əsasən, canlı donordan donor orqanların götürülməsi cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim- transplantoloqlann reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.
Götürülmüş donor orqanlar əməliyyat otağında steril şəraitdə olan bu məqsəd üçün ayrılmış xüsusi masanın üzərinə qoyulur, damarları kateterizasiya edilir və xüsusi konservləşdirici məhlulla yuyulur. Bu proses orqanın damarlarına vurulmuş məhlulun həmin damarlardan makroskopik təmiz və şəffaf şəkildə çıxmasına qədər davam etdirilir.
Donor orqanların transplantasiyası həkim-transplantoloqların reyestrinə daxil edilmiş mütəxəssis tərəfindən aparılır.
© AFP 2023 / PIERRE-PHILIPPE MARCOUOrqan transplantasiyası əməliyyatı, arxiv şəkli
Операция по пересадке органа, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Orqan transplantasiyası əməliyyatı, arxiv şəkli
Transplantasiya məqsədilə canlı donordan götürülmüş donor orqanlar dərhal, saxlanılmadan və daşınmadan resipiyentə köçürülür. Sümük iliyini və kök hüceyrələrini dərhal transplantasiya etmək mümkün olmadıqda onların transplantasiya üçün hazırlanması, saxlanması və daşınması ilə bağlı tədbirlər görülür.
Donor orqanların hər biri üzrə onların xüsusiyyətləri nəzərə alınmaqla transplantasiya üçün götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələblər Nazirlik tərəfindən müəyyən edilir.
Donor orqanları götürülməsindən, hazırlanmasından, saxlanmasından və daşınmasından sonra transplantasiya üçün yararsız hesab edilərsə utilizasiya olunmaq üçün Nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilir.
Bu qaydalarda həmçinin qeyd olunub ki, meyit donordan transplantasiya məqsədilə orqanlar götürülərkən bir neçə cərrahiyyə briqadasının eyni vaxtda və ya ardıcıl şəkildə işləməsinə yol verilir.
Qaydalarda qeyd olunub ki, canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim-transplantoloqların reyestrinə daxil edilmiş həkim mütəxəssislər tərəfindən aparılır.
Meyit donordan donor orqanların transplantasiya məqsədilə götürülməsi başa çatdıqdan sonra donorun bədənindən götürülmüş hər bir orqanla bağlı forması Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş 3 nüsxədə akt tərtib edilir, bir nüsxəsi donor orqanların götürülməsinin həyata keçirildiyi tibb müəssisəsində saxlanılır, bir nüsxəsi donor orqanla birlikdə resipiyentin olduğu və transplantasiyasının həyata keçiriləcəyi tibb müəssisəsinə, digər nüsxəsi isə "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi"nə göndərilir.
Donor orqanların götürülməsi zamanı onun zədələnməsi və ya transplantasiya məqsədilə istifadəsini mümkünsüz edən digər hallar baş verdikdə bu barədə akta qeyd edilir.
Donor orqan səyyar cərrahiyyə briqadası tərəfindən götürüldükdə donor orqanların götürülməsi haqqında aktın dördüncü nüsxəsi də tərtib edilərək səyyar cərrahiyyə briqadasının aid olduğu tibb müəssisəsinin arxivində saxlanılır.
"Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası" da təsdiqlənib
Baş nazir Əli Əsədovun imzaladığı qərar transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə alınması üçün müraciət edilməsi, müraciətlərə baxılma qaydasını, idxala və ixraca dövlət nəzarətinin həyata keçirilməsi məsələlərini tənzimləyir, donor orqanların idxalına və ixracına xüsusi icazə verilməsi barədə qərar formalarını müəyyən edir.
Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün siyahısı Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə müəyyən edilmiş tibb müəssisələri həmin donor orqanlar gömrük ərazisinə gətirilməzdən və ya bu ərazidən aparılmazdan əvvəl bu Qərarın 1 və 2 nömrəli əlavələrində göstərilmiş formada ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsə müraciət edirlər. Donor orqanların transplantasiya məqsədilə idxalına icazə alınması üçün ərizəyə müvafiq sənədlər əlavə edilir.
Ərizənin qeydiyyata alındığı gündən 7 iş günü müddətində Koordinasiya Mərkəzi tərəfindən sənədlərə baxılır və bu Qərarın 3 və 4 nömrəli əlavələrində göstərilmiş formada transplantasiya məqsədilə donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir.
Donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə qərar qəbul edildiyi tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Koordinasiya Mərkəzi tərəfindən transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə verilməsi barədə qərar "Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası"nda "Transplantasiya işi üzrə koordinasiya və monitorinq" altsisteminə daxil edilir və dərhal bu barədə məlumat elektron qaydada gömrük orqanına ötürülür.
Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
transplantasiya məqsədilə xarici ölkənin tibb müəssisəsi və ya xarici ölkənin aidiyyəti qurumu ilə bağlanılmış donor orqanların idxal-ixracına dair müqavilənin surəti;
transplantasiya məqsədilə donor orqanların idxalına icazə alınması üçün ərizə ilə müraciət etmiş tibb müəssisəsinin həkim komissiyasının Qanunun 14.2-ci maddəsinə uyğun olaraq xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasına dair qəbul etdiyi qərarının surəti, yaxud xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olmasının müəyyən edilməsi üçün xarici ölkənin tibb müəssisəsinin həmin xarici ölkənin qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi müvafiq sənədin surəti;
donor və ya resipiyent barədə müvafiq xarici ölkənin identik (ekvivalent) informasiya bazasından "Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası"nda nəzərdə tutulan məlumatları özündə əks etdirən çıxarış və ya həmin məlumatları özündə əks etdirən tibbi sənəd.
Ərizəçidən Qanunda və bu Qaydada nəzərdə tutulan sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağandır.
Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydası təsdiqlənib
Baş nazir Əli Əsədov "Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası Qaydası"nın təsdiqi ilə bağlı qərar imzalayıb.
Qərarda qeyd olunub ki, Səhiyyə Nazirliyi beynəlxalq təcrübə nəzərə alınmaqla, donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələbləri iki ay müddətində təsdiq etməli və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Eyni zamanda, nazirlik bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Qərar Azərbaycan ərazisində insan orqan və toxumalarının götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını müəyyən edir.
Qaydaya əsasən, canlı donordan donor orqanların götürülməsi cərrahi əməliyyat yolu ilə həyata keçirilir. Canlı və meyit donordan donor orqanların götürülməsi yalnız həkim- transplantoloqlann reyestrinə daxil edilmiş həkim-mütəxəssislər tərəfindən aparılır.
Götürülmüş donor orqanlar əməliyyat otağında steril şəraitdə olan bu məqsəd üçün ayrılmış xüsusi masanın üzərinə qoyulur, damarları kateterizasiya edilir və xüsusi konservləşdirici məhlulla yuyulur. Bu proses orqanın damarlarına vurulmuş məhlulun həmin damarlardan makroskopik təmiz və şəffaf şəkildə çıxmasına qədər davam etdirilir.
Donor orqanların transplantasiyası həkim-transplantoloqların reyestrinə daxil edilmiş mütəxəssis tərəfindən aparılır.
Transplantasiya məqsədilə canlı donordan götürülmüş donor orqanlar dərhal, saxlanılmadan və daşınmadan resipiyentə köçürülür. Sümük iliyini və kök hüceyrələrini dərhal transplantasiya etmək mümkün olmadıqda onların transplantasiya üçün hazırlanması, saxlanması və daşınması ilə bağlı tədbirlər görülür.
Donor orqanların hər biri üzrə onların xüsusiyyətləri nəzərə alınmaqla transplantasiya üçün götürülməsi, hazırlanması, saxlanması, daşınması prosesinin təşkilinə və transplantasiya metodu ilə tibbi yardım göstərilməsinə dair tələblər Nazirlik tərəfindən müəyyən edilir.
Donor orqanları götürülməsindən, hazırlanmasından, saxlanmasından və daşınmasından sonra transplantasiya üçün yararsız hesab edilərsə utilizasiya olunmaq üçün Nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilir.
Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar təsdiqlənib
Bundan başqa,"Donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair Meyarlar" və "Resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin Siyahısı" təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı imzaladığı qərara əsasən, donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar, həmçinin resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısı müəyyən edilir.
Qərarda ağciyərin, ürəyin, qaraciyərin, böyrəyin transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarlar 18 yaşdan yuxarı şəxslər və 18 yaşınadək şəxslərə münasibətdə müəyyən edilib. Digər orqanlar üçün müalicə zərurətinin təcililik statusuna dair meyarlar müəyyən edilmir.
Xəbər lenti
0