https://sputnik.az/20220906/daha-10-partiya-yeni-qanunla-bagli-milli-meclise-teklif-verib-445729561.html
Daha 10 partiya yeni qanunla bağlı Milli Məclisə təklif verib
Daha 10 partiya yeni qanunla bağlı Milli Məclisə təklif verib
Sputnik Azərbaycan
Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində... 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T12:39+0400
2022-09-06T12:39+0400
2022-09-06T13:01+0400
milli məclis
siyasət
https://cdnn1.img.sputnik.az/img/40373/64/403736461_0:187:1800:1200_1920x0_80_0_0_6d259010350cc19b53e6ec3178cce44f.jpg
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edirlər. Bu günlərdə isə daha 10 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan parlamentinə göndərib. Beləliklə, bu günə qədər Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb.Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. Müzakirələrin vaxtı haqqında əlavə məlumat veriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40373/64/403736461_156:0:1756:1200_1920x0_80_0_0_fef7b0b37ad0c7f698e995557c245673.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
milli məclis
Daha 10 partiya yeni qanunla bağlı Milli Məclisə təklif verib
12:39 06.09.2022 (Yenilənib: 13:01 06.09.2022) Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.
Hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.
Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edirlər. Bu günlərdə isə daha 10 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ağ Partiya, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Yeni Zaman Partiyası, Birlik Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Milli Konqres Partiyası yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan parlamentinə göndərib. Beləliklə, bu günə qədər Milli Məclisə təkliflərini ünvanlayan siyasi partiyaların sayı 39-a çatıb.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi üçün Milli Məclisdə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. Müzakirələrin vaxtı haqqında əlavə məlumat veriləcək.