DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çində pandemiya güclənir - Neft qiymətləri düşür

© AFP 2024 / FREDERIC J. BROWNNeft buruğu, arxiv şəkli
Neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
OPEC+ ölkələrinin hasilatı azaltmaq qərarından sonra qiymətlər qalxmağa başlamışdı. Lakin Çindəki hadisələr qiymətlərə kölgə salır
BAKI, 6 sentyabr — Sputnik. Dünya birjlarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.
"Brent" neftinin qiyməti 95 dollardan aşağı düşərkən, ABŞ nefti 2 faiz bahalaşaraq 90 dolların üzərinə çıxıb.
Azərbaycan neftinin qiyməti isə 1,53 ABŞ dolları və ya 1,57 faiz artaraq 99,06 dollar təşkil edib.
Dünən OPEC+ ölkələri oktyabrda neft hasilatını gündəlik 100 min barel azaltmaq qərarına gəliblər. Hasilatı sutkada 100 min barel azaltmaqla avqust ayındakı hasilat səviyyəsinə qayıtmaq razılaşdırılıb. Qərardan sonra neft bazarında qiymətlərin qalxması sürətlənib. Amma Çində pandemiya ilə bağlı karantin tədbirlərinin tətbiqi qiymətlərin aşağı düşməsinə təsir göstərib.
Neft bazarları dünyanın ən böyük neft idxalçısı olan Çindəki hadisələri diqqətlə izləyir. Çində karantin tədbirləri genişlənməkdə davam edir.
Xatırladaq ki, OPEC+ qərarına Azərbaycan da dəstəyini ifadə edib. Yeni qərara əsasən, oktyabrda Azərbaycanda gündəlik 717 min barel xam neft hasilatı nəzərdə tutulur.
"Əməkdaşlıq Bəyannaməsi" iştirakçısı olan ölkələrin avqust üzrə gündəlik xam neft kvotası 43 min 855 min bareldir.
OPEC-in növbəti iclası oktyabrın 5-nə planlaşdırılıb.
Xəbər lenti
0