Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azərbaycanfilm-100" tədbirlər planında nələr var?

© AFP 2024 / CLEMENT MAHOUDEAUKinoteatr, arxiv şəkli
Kinoteatr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Tədbirlər planına daxil olan layihələr arasında filmlərin təbliğatı, nəşrlər, sosial mediada yayımlanacaq verilişlər, müsabiqələr, kütləvi tədbirlər, konfrans və panellər və s. yer alır.
BAKI, 6 sentyabr — Sputnik. 2023-cü ildə "Azərbaycanfilm" kinostudiyasının 100, Azərbaycan kinosunun isə 125 illik yubileyidir. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, bu münasibətlə geniş formatda silsilə tədbirlər planı hazırlanaraq ölkədəki kino təşkilatlarına təqdim olunub. Belə ki, 2022-2023-cü illəri əhatə edən tədbirlər planının sentyabr ayı ərzində müvafiq kino təşkilatları eləcə də kinematoqrafçılarla ətraflı müzakirəsi nəzərdə tutulur.
Tədbirlər planına daxil olan layihələr arasında filmlərin təbliğatı, nəşrlər, sosial mediada yayımlanacaq verilişlər, müsabiqələr, kütləvi tədbirlər, konfrans və panellər və s. yer alır.
Kütləvi tədbirlərə "Azərbaycanfilm bölgələrdə" devizi ilə hər ay bir bölgədə olmaqla seçilmiş 12 bölgədə (Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Quba, Lənkəran, Zaqatala, Biləsuvar, Ağdam, Yevlax, Qazax və Şirvan) "Azərbaycanfilm-100" kino həftəsinin keçirilməsi – həftə ərzində həmin bölgədə tamaşaçılarla kino mütəxəssislərinin görüşlərinin, film nümayişlərinin və sərgilərin təşkil olunması da daxildir.
"Azərbaycanfilm-100" tədbirlər planı hazırlanıb
Bunlarla yanaşı "Azərbaycanfilm-100: afişalar", "Azərbaycanfilm-100: kadrın arxasında", "Azərbaycanfilm-100: mükəmməllik detallarda gizlidir" və "Azərbaycanfilm-100: kino həm də texniki nailiyyətdir" adlı sərgilər də tədbirlər planında öz əksini tapıb.
"Azərbaycanfilm-100" devizi altında rejissor işi, kinodramaturgiya, təsvir həlli, rəssam işi, kino musiqisi və digər mövzularda peşəkarlarla ustad dərslərinin təşkili də planlaşdırılan tədbirlər arasındadır.
Sonda qeyd edək ki, tədbirlər planının hər maddəsinin müvafiq dövlət və ictimai təşkilatlarla müştərək həyata keçirilməsi nəzərdə tutulub.
Xəbər lenti
0