https://sputnik.az/20220906/azerbaycanda-mina-askarlayan-robot-hazirlanib-445728821.html
Azərbaycanda mina aşkarlayan robot hazırlanıb
Azərbaycanda mina aşkarlayan robot hazırlanıb
Sputnik Azərbaycan
Nazir deyir ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur. 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T15:11+0400
2022-09-06T15:11+0400
2022-09-06T15:11+0400
mina
hərbi
mədət quliyev
"adex-2022" beynəlxalq müdafiə sərgisi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445728666_0:0:1440:810_1920x0_80_0_0_1abc8733285aed8c7211b8c6ed351fe2.jpg
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanda "İmprotex İndustries" şirkəti tərəfindən hazırlanan mina aşkarlayan robot "ADEX" sərgisində nümayiş etdirilir.Mina aşkarlayan robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, artıq ötən həftə sınaqdan keçirilib, mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kq-ə qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilir.APA-nın xəbərinə görə, bu gün Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi çərçivəsində müxtəlif silhlar nümayiş etdirilib.Sərgidə iştirak edən müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, Qarabağ müharibəsindən sonra dünyanın Azərbaycanın hərbi texnikalarına marağı dəfələrlə artıb.O qeyd edib ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur: "Bunu nəzərə alaraq ADEX sərgisində 179-dan çox Azərbaycan silahı, o cümlədən sınaqdan çıxmış silahlar nümayiş etdirilir. Bəzi silahlar isə sərgiyə çıxarılmayıb.Nazir həmçinin, müdafiə sənayesi sahəsində yeni müəssiələr yaradıldığını bildirib.Qeyd edək ki,bu gün Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılışı mərasimi keçirilir. Sərgi sentyabrın 8-dək davam edəcək.
https://sputnik.az/20220906/silahli-quvvelerimizi-ve-olkemizin-mudafie-qabiliyyetini-daha-da-guclendireceyik-445723856.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445728666_0:0:1440:1080_1920x0_80_0_0_7abe1d9a76e2d18659ddea469b852f21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, mədət quliyev, "adex-2022" beynəlxalq müdafiə sərgisi
mina, mədət quliyev, "adex-2022" beynəlxalq müdafiə sərgisi
Azərbaycanda mina aşkarlayan robot hazırlanıb
Nazir deyir ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur.
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanda "İmprotex İndustries" şirkəti tərəfindən hazırlanan mina aşkarlayan robot "ADEX" sərgisində nümayiş etdirilir.
Mina aşkarlayan robot piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub. O, artıq ötən həftə sınaqdan keçirilib, mina aşkarlayan robot təhlükəsiz zolaq aça, 500 kq-ə qədər faydalı yük daşıya və yaralıları təxliyə edə bilir.
APA-nın xəbərinə görə, bu gün Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi çərçivəsində müxtəlif silhlar nümayiş etdirilib.
Sərgidə iştirak edən müdafiə sənayesi naziri Mədət Quliyev bildirib ki, Qarabağ müharibəsindən sonra dünyanın Azərbaycanın hərbi texnikalarına marağı dəfələrlə artıb.
O qeyd edib ki, Azərbaycan istehsalı olan silahların ixracı ilə bağlı sifarişlər həddindən artıq çoxdur: "Bunu nəzərə alaraq ADEX sərgisində 179-dan çox Azərbaycan silahı, o cümlədən sınaqdan çıxmış silahlar nümayiş etdirilir. Bəzi silahlar isə sərgiyə çıxarılmayıb.
Nazir həmçinin, müdafiə sənayesi sahəsində yeni müəssiələr yaradıldığını bildirib.
Qeyd edək ki,bu gün Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılışı mərasimi keçirilir. Sərgi sentyabrın 8-dək davam edəcək.