Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan "ADEX" sərgisində yeni PUA-ları nümayiş etdirir

Abunə olmaq
"ADEX" sərgisində yeni "Ovçu-G4", "Turaz", "Fatum" və "Tilt Rotor" pilotsuz uçuş aparatları nümayiş olunub.
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və "Deftect" şirkəti tərəfindən yeni pilotsuz uçuş aparatları hazırlanıb.
"Ovçu-G4", "Turaz", "Fatum" və "Tilt Rotor" pilotsuz uçuş aparatları 2022-ci istehsalıdır. APA-nın xəbərinə görə, "Tilt Rotor" pilotsuz uçuş aparatı uzunmənzillidir, bununla yanaşı, həmçinin yük daşıma imkanı da var.
"Fatum" isə kəşfiyyat aparır, eyni zamanda, zərbə dronudur. Onun effektiv döyüş başlıqları 2 kq-dır. Effektiv istifadə radiusu 10-15 kq hesab edilir. Uçuş məsafəsi 10 km-dir.
© Photo : TRENDAzərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib
Azərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Azərbaycan ADEX-də bir neçə PUA nümayiş etdirib
"Turaz" isə kəşfiyyat xarakterli pilotsuz uçuş aparatıdır. Onun telemetriya sistemi 30-200 km arası təyinata uyğun olaraq təmin edilə bilir.
"Ovçu–G4" isə infraqırmızı kamera ilə birləşdirilmiş minaatan (82 mm) buraxılış qurğusu ilə təchiz edilib.
Qeyd edək ki, bu gün Bakıda 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılışı mərasimi keçirilir. Sərgi sentyabrın 8-dək keçiriləcək.
Xəbər lenti
0