Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Anar Kərimov SSRİ Xalq artisti Valentin Yelizaryevlə görüşüb

© Photo : APAAnar Kərimov SSRİ Xalq artisti Valentin Yelizaryevlə görüşüb
Anar Kərimov SSRİ Xalq artisti Valentin Yelizaryevlə görüşüb - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Nazir Azərbaycan mədəniyyətinin nəinki Belarus, eləcə də dünyada layiqincə tanıdılmasında böyük töhfəsi olan V.Yelizaryevə təşəkkürünü bildirərərək, sevilən sənətkara "Şuşa 270" Döş nişanını təqdim edib.
BAKI, 6 sentyabr — Sputnik. Mədəniyyət naziri Anar Kərimov SSRİ Xalq artisti, professor, görkəmli baletmeyster, pedaqoq Valentin Nikolayeviç Yelizaryevlə görüşüb. Qonağı səmimi salamlayan A.Kərimov Valentin Nikolayeviçin bir sənətkar kimi daim bəşəriyyəti narahat edən problemləri parlaq şəkildə nümayiş etdirməyə nail olduğunu vurğulayıb.
Nazirlikdən verilən xəbərə görə, dünya şöhrətli baletmeysterin XX əsr müasir balet sənətində fərqli və maraqlı xoreoqraf kimi tanınmasından bəhs edib. Eləcə də Azərbaycan və Belarus arasında opera və balet sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb.
Nazir Azərbaycan mədəniyyətinin nəinki Belarus, eləcə də dünyada layiqincə tanıdılmasında böyük töhfəsi olan V.Yelizaryevə təşəkkürünü bildirərərək, sevilən sənətkara "Şuşa 270" Döş nişanını təqdim edib.
Yaradıcılığına, sənət yoluna göstərilən böyük diqqət və qayğıya görə təşəkkürünü bildirən V.Yelizaryev bundan sonra da dünyaya göz açdığı doğma Azərbaycanı layiqli təmsil edəcəyini bildirib.
Anar Kərimov görkəmli baletmeyster, xoreoqraf V.Yelizaryevə işlərində uğurlar, möhkəm can sağlığı arzulayıb.
Valentin Nikolayeviç kimdir?
V.N.Yelizaryevin yaradıcılığı Vaqanova adına Leninqrad Dövlət Xoreoqrafiya Məktəbində və Leninqrad Dövlət Rimski-Korsakov Konservatoriyasında təhsil alıb. Nikolayeviç 1970-ci ildə Moskvada balet ustalarının Ümumittifaq müsabiqəsinin laureatı olub.
1973-cü ildə Belarus Dövlət Akademik Böyük Opera və Balet Teatrına baş xoreoqraf vəzifəsinə dəvət olunub. V.Yelizaryev 1992-1996-cı illərdə Belarusun Böyük Opera və Balet Teatrının balet truppasına rəhbərlik edib, 1996-2009-cu illərdə Belarus Respublikası Milli Akademik Böyük Balet Teatrının direktoru - bədii rəhbəri olub. 2018-ci ilin sentyabrından Belarus Respublikası Milli Akademik Böyük Opera və Balet Teatrının bədii rəhbəridir.
Xəbər lenti
0