https://sputnik.az/20220905/veten-muharibesi-ile-bagli-psixoloji-yardim-isleri-bu-gunden-bir-az-da-guclendirilir---fhn-445687344.html
Vətən müharibəsi ilə bağlı psixoloji yardım işləri bu gündən bir az da gücləndirilir - FHN
Vətən müharibəsi ilə bağlı psixoloji yardım işləri bu gündən bir az da gücləndirilir - FHN
Sputnik Azərbaycan
Sentyabrın 5-dən etibarən başlanacaq reabilitasiya tədbirləri Bakı da daxil olmaqla ölkənin altı yaşayış məntəqəsində həyata keçiriləcək. 05.09.2022, Sputnik Azərbaycan
2022-09-05T08:31+0400
2022-09-05T08:31+0400
2022-09-05T08:31+0400
cəmiyyət
fhn
psixoloji yardım
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426264409_0:0:1280:720_1920x0_80_0_0_5ee26e04271f69da6a7c2a2a3c4bf8e2.jpg
BAKI, 5 sentyabr - Sputnik. Türkiyə Respublikasından gələn peşəkar psixoterapevtlər və Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqlarının birgə iştirakı ilə Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan vətəndaşlara ödənişsiz psixoloji yardım tədbirləri davam etdirilir. Bu barədə FHN-dən məlumat verilib.Məlumatda bildirilir ki, müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə aşağıdakı ünvanlarda psixoloji yardım göstərəcəklər:Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/12/426264409_155:0:1115:720_1920x0_80_0_0_49f7df8163e5224449663b1382ff1b85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, psixoloji yardım, vətən müharibəsi
fhn, psixoloji yardım, vətən müharibəsi
Vətən müharibəsi ilə bağlı psixoloji yardım işləri bu gündən bir az da gücləndirilir - FHN
Sentyabrın 5-dən etibarən başlanacaq reabilitasiya tədbirləri Bakı da daxil olmaqla ölkənin altı yaşayış məntəqəsində həyata keçiriləcək.
BAKI, 5 sentyabr - Sputnik. Türkiyə Respublikasından gələn peşəkar psixoterapevtlər və Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqlarının birgə iştirakı ilə Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan vətəndaşlara ödənişsiz psixoloji yardım tədbirləri davam etdirilir. Bu barədə FHN-dən məlumat verilib.
Məlumatda bildirilir ki, müharibə iştirakçılarının, qazilərin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq Vətən müharibəsi ilə əlaqədar psixoloji sarsıntı yaşayan vətəndaşlarımızın reabilitasiyasını həyata keçirəcəklər.
Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə aşağıdakı ünvanlarda psixoloji yardım göstərəcəklər:
Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, 108 (FHN-in Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu);
Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 3A (Ticarət və xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi);
Sumqayıt şəhəri, Sülh küçəsi, 9 (FHN-in Sumqayıt Regional Mərkəzi);
Qəbələ şəhəri, Abbas Səhhət küçəsi, 12 (keçmiş modul tipli xəstəxana);
Bərdə şəhəri, H.Əliyev prospekti, 93 (Bərdə şəhər 4 saylı Uşaq İncəsənət Məktəbi);
Lənkəran rayonu, Digah kəndi (FHN-in Cənub Regional Mərkəzi).
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.