Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"TurAz Qartalı - 2022" təlimlərinin açılış mərasimi keçirilib

© AR Ministry of Defence www.adilxannuriyev.com“TurAz Qartalı - 2022” təlimlərinin açılış mərasimi keçirilib
“TurAz Qartalı - 2022” təlimlərinin açılış mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib.
BAKI, 5 sentyabr — Sputnik. Bu gün "TurAz Qartalı - 2022" birgə taktiki-uçuş təlimlərinin açılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın və Türkiyənin hərbi qulluqçuları, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və başqaları iştirak ediblər.
Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Hərbi Hava Qüvvələrinin zabiti general-mayor Zaur Rüstəmov qonaqları salamlayaraq vurğulayıb ki, bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edir.
© AR Ministry of Defence“TurAz Qartalı - 2022” təlimlərinin açılış mərasimi keçirilib
“TurAz Qartalı - 2022” təlimlərinin açılış mərasimi keçirilib - Sputnik Azərbaycan, 1920, 05.09.2022
“TurAz Qartalı - 2022” təlimlərinin açılış mərasimi keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan-Türkiyə dostuq və qardaşlıq əlaqələrinin uğurlu inkişafından, bu münasibətlərin yüksək nəticələrindən danışıb.
Digər çıxış edənlər də təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıblar.
Sonra təlimlərin məqsədi, şəxsi heyətin hazırlığı, yerləşməsi, cəlb edilən qüvvələr, icra edilən tapşırıqlar, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə brifinq verilib. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.
Xəbər lenti
0