Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Şirkətlər üçün Tarif Şurasının qiymətləri ilə mal satmaq sərfəli deyil - Əczaçı ekspert

Abunə olmaq
Mütəxəssis hesab edir ki, yalnız dərman istehsalının inkişafı yerli bazarda dərman qıtlığı probleminin həllinə kömək edə bilər.
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycanda zəruri olan preparatların qıtlığı fonunda dərmanlar bahalaşmaqda davam edir. Bu və dərman təhlükəsizliyinin təmin edilməsi ilə bağlı digər məsələlər barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Əczaçılar Klubu" İctimai Birliyinin sədri Şövqi Bünyatov məlumat verib.
Qeyd edək ki, 2022-ci il sentyabrın 1-dən ölkədə apteklərdə satılan dərmanlara dair yeni tariflər qüvvəyə minib. Avqustun 31-də Tarif Şurası bəzi dərmanların qiymətlərinə yenidən baxaraq qiymətləri qaldırıb.
Dərmanlar daha da bahalaşa bilərmi?
Bünyatov əmindir ki, dərmanların qiymətində artım tendensiyası gələcəkdə də davam edəcək. Bu hadisənin ən böyük səbəbi isə yerli istehsalın olmamasıdır.
Azərbaycana gətirilən dərmanlar artıq yerindəcə bahalaşır. Dünya inflyasiyası xammal, qablaşdırma materialları, istehsalçı ölkələrdən nəqliyyat xərcləri bahalaşmaya təsir göstərir.
Apteklərdə hansı dərmanlara daha az rast gəlinir?
Bəzən əhali zəruri reseptli və reseptsiz dərmanları ala bilmir. Bu hadisənin səbəbi yenə yerli istehsalın olmaması ilə bağlıdır. Pandemiya zamanı təcrübə göstərdi ki, hər bir istehsalçı ölkə yalnız daxili istehlak üçün nəzərdə tutulmuş preparatlar hazırlamağa başlayıb. Azərbaycan isə idxalçı ölkə olduğundan yerli əhali dərman qıtlığı yaşayır.
Ekspert əmindir ki, əhalinin dərmanları almaq üçün nəzarətsiz kütləvi cəhdləri vəziyyəti daha da gərginləşdirib.Onun sözlərinə görə, Azərbaycanda dərman qıtlığında digər amillər də mühüm rol oynayır:
"Məsələn, ölkənin aldığı dərmanların 20%-i Rusiya və Ukraynadan, 80%-i Avropadan gətirilir. Pandemiyanın, habelə ixracatçı ölkələrdə baş verən hərbi münaqişənin təsiri Azərbaycanın apteklərində parasetamol, aspirin, streptosid kimi adi dərmanların, yəni ucuz və eyni zamanda istehlakçılar arasında böyük tələbat olan bu dərmanların çatışmazlığına səbəb olub".
Yüksək keyfiyyətli Avropa dərmanlarının yoxa çıxmasının ikinci səbəbi isə onun qazanc gətiməməsidir. Sadəcə olaraq, şirkətlər üçün malları Tarif Şurasının qiymətləri ilə satmaq sərfəli deyil.

"Nə qədər ağrılı səslənsə də, deyəcəyəm. Tarif Şurasının yaradılması bir sıra xarici şirkətlərin getməsinə və onların istehsal etdiyi 10-20 adda dərmanın yerli bazardan yoxa çıxmasına səbəb olub".

Bir neçə il ərzində Azərbaycanı "Johnson & Johnson", "Pfizer", "Europharm" və digər şirkətlər tərk edib.
Apteklərdəki dərman qıtlığını necə aradan qaldırmaq olar?
Preparatların çatışmazlığını istehsalın inkişafı hesabına aradan qaldırmaq olar. Bu gün o, cəmi 3% həcmindədir:

"Azərbaycan yeni zavodlar tikməli, istehsal xəttini ən azı 35% genişləndirməlidir. Xaricdən preparatların alınmasına xərclənən illik büdcə onların zavodlarının tikintisinə yönəldilə bilərdi. aralel olaraq, Azərbaycan bazarı tərk etmiş xarici şirkətlərin şərtləri ilə razılaşmalıdır, çünki xaricdən gətirilən dərmanlar yüksək keyfiyyəti ilə fərqlənir, xəstələr isə uzun illərdir ki, onları qəbul etməyə vərdiş edirlər".

Dərmanların keyfiyyəti
Öz növbəsində Bünyatov əhali arasında xaricdən alınan dərmanların ölkəyə gətirilən dərmanlardan daha effektiv olması ilə bağlı fikirlərə qarşı çıxıb.
Onun sözlərinə görə, ölkəyə gətirilən dərmanların keyfiyyəti lazımi səviyyədə yoxlanılır. Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi qablaşdırmada göstərilən təsiredici maddənin faiz nisbəti ilə preparatın özünün tərkibindəki faiz nisbətinin uyğunluğunu müəyyən etmək üçün idxal edilən dərmanların hər partiyasından laboratoriyada araşdırmaq üçün götürür.
Əgər bu iki göstərici eyni olarsa, dərman keyfiyyət sertifikatı alır. Azərbaycanda keyfiyyətsiz dərman yoxdur. Bəs niyə insanlar baş ağrısı üçün dərmanın kömək etmədiyinə görə narazıdırlar. Bunun üçün sadə bir izahat var – bu hal preparat təyinatsız qəbul edildikdə baş verir.
Çox vaxt insanlar xəstəliyin əsl səbəbini bilmədən özləri üçün müalicə təyin edirlər. Dərmanların keyfiyyətinə onların yanlış daşınması və saxlanması kimi amillər də təsir edə bilər.
Xəbər lenti
0